Bazar, 26 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Havaya sovrulan milyonlar: Sadıq Sadıqov istefa verəcəkmi?

Tokio 2020-yə rekord heyətlə qatılan Azərbaycan cüdo seçməsinin Olimpiya Oyunlarından qazancı bir medal oldu. “Bürünc”ün milliləşdirilmiş idmançı sayəsində aktivə yazıldığını nəzərə alsaq, işin kiçik təsəlli tərəfi də ciddi sual altına düşür. Halbuki vəziyyət bundan xeyli fərqli ola bilərdi.

Olimpiadada digər növlər üzrə “dişsizliy”ə müvafiq federasiyalarda maliyyə dayaqlarının zəifləməsi əsas kimi göstərilirsə, Cüdo Federasiyasının bu baxımdan heç bir problem yaşamadığı bəllidir.

Gözlənilən fiasko…

Lakin, göründüyü kimi, idmanda hər şeyi pul həll etmir.

Öncə lisenziya sayının əvvəlki illərdən artıqlığının əsasən real gücə yox, reytinq xalı qazandıran turnirlərdə fasiləsiz iştiraka söykəndiyini söyləməliyik.

Əksəriyyəti dünya reytinqinin ilk “beşliy”ində yer alan, bunun məntiqi nəticəsi kimi Olimpiadanı 1 “qızıl”, 3 “gümüş”lə başa vuran qonşu Gürcüstan və digər iddialı ölkələrin cüdo yığmalarından fərqli olaraq, Azərbaycan millisi bütün yarışlara demək olar eyni tərkiblə qatılıb. Tokiodakı heyətin iki üzvü yalnız son anda təyyarəyə bilet sifariş edə bilmişdi.

Heyət üzvlərinin çoxunun yaşı 30 civarındadır. Hidayət Heydərovu, qismən də Kəramət Hüseynovu istisna etsək, Rio Olimpiadasından sonrakı dövr ərzində adından söz etdirən yeni yerli sima nəzərə çarpmadı.

Bir sözlə, ötən beş il ərzində əksər çəki dərəcələri üzrə yığmada rəqabətsizlik hökm sürüb. Olimpiadaya yollanan heyətdən yalnız iki nəfər reytinqin ilk “səkkizliy”ində qərarlaşmışdı.

Fiaskonun əsası isə çoxdan, daha dəqiqi, 2018-ci ilin əvvəlindən qoyulmuşdu.

Məlum səbəblərdən dolayı Piter Zayzenbaher istefaya getdikdən bir müddət sonra yığmanın başına Ruslan Maşurenko gətirildi. O vaxt 47 yaşında olan ukraynalı haqqında “çalışdırıcı” ifadəsi işlətmək belə, əsl sadəlövhlük nümunəsi idi. Hansısa yığma fəaliyyəti bir yana qalsın, Sidney 2000-nin bürünc mükafatçısının bioqrafiyasını araşdırdıqda hardasa məşqçi işlədiyi ilə bağlı bircə qeyd tapmaq olmur.

Azərbaycan kimi iddiası yüksək millinin sükanı arxasına əyləşən diletant barədə federasiyanın “Bəzi məsələlər var ki, bizdən asılı deyil” açıqlaması Olimpiya Oyunlarına doğru işlərin hansı səviyyədə yürüdüyündən xəbər verirdi.

Həmçinin geridə qalan dövrdə cüdoçular arasında zaman-zaman gündəmə gələn intizamsızlıq halları yığmadaxili mühitin carçısı kimi çıxış edib.

Nəticə isə göz önündədir…

Kişilərdən ibarət komanda ən yaxşı halda beşinci pilləyədək gələ bildi. Digər 6 cüdoçunun Tokio 2020 macərası iki mərhələdən o tərəfə keçmədi.

Federasiya rəhbərliyinin çıxıb üzr istəmək əvəzinə, bütün məsuliyyəti iradəsi xaricində olan (!) təcrübəsiz məşqçinin, xərcləyib bitirdiyi idmançı heyətinin üzərinə yükləyib, islahat görüntüsü yaratması sadəcə özünü yarıtmaz idarəçilikdən ucuz sığorta cəhdidir.

Maliyyə, yoxsa konfet kağızı…

Yaponiya cüdoçularının Olimpiada hazırlığı üçün 5 ilə xərclədiyi vəsait, bizim cüdoçuların hər ilinə konfet kağızı kimi dağıdılıb. Dünyada cüdoya Azərbaycan qədər maliyyə ayıran ikinci dövlət yoxdur! Hətta, uğursuzluğu, qurum daxilində hökm sürən intizamsızlığı məşqçi dəyişikliyi ilə ört-bastır etməyə çalışan idarəçi – Sadıq müəlimdən də yoxdur.

Nəhayət, Sadıqovun eşitmək istəmədiyi, “islahat görüntüsü” altında gizlətdiyi sual…

Olimpiya dövrü ərzində dövlət büdcəsindən cüdoya xərclənən vəsaitin hesabatını kim verəcək?

Uğursuzluğa cavabdeh şəxs kimi Sadıq Sadıqov istefa verəcəkmi? (Fanat.az)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Çıxışı qalmaqala səbəb olan direktor icra başçısının həyat yoldaşı imiş – Video

Tərtərdə eşidilən partlayış səslərinin səbəbi: Ruslar Ağdərədə erməni mövqelərini partladır?

Laçın dəhlizində Azərbaycan bayrağı dalğalanır - Video

“Məhəbbət Vəliyeva 25-dən çox qohum və rəfiqəsini direktor təyin edib...” - Deputat

Əri ölən "Elif" uzun müddət sonra bu halda görüntüləndi - Foto

Kəmaləddin Heydərov zabitlərin kirayə pulunu hələ də ödəməyib – Problem

"İşçidə günah yoxdur, günah Operativ Qərargahdadır" - Natiq Cəfərli

Övladı əlil müəllimə: “Astara RTŞ-nin müdirinə 200 manat, 1 balon bal rüşvət verdim” - Video

ABŞ-dakı azərbaycanlılar BMT-nin binası qarşısında etiraz aksiyası keçirirlər

Güney Azərbaycanlılar SEPAH-ın hərbi təliminə qatılmaqdan imtina ediblər

Putinlə Şoyqunun Tayqa istirahətinin görüntüləri yayıldı

Ən çox oxunanalar