Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hansı vaksin daha təhlükəsizdir? – Həkim açıqladı

Dünya üzrə koronavirusa yoluxanlarda ölüm göstəricisi təxminən 2,3 faizdir. Mart ayında 3,3% idi. Bəzi ölkələrdə bu faiz çoxdur. Məsələn, Peruda 9,3%, Meksikada 8,4%, Ekvadorda 6,5%. Azərbaycanda ölüm göstəricisi cəmi 1,4%-dir. Amerikada 1,7%, İsraildə 1,8%, Yaponiyada 2,3%, Ermənistanda 2%, Kanadada 3% və s. Qardaş Türkiyə ən yaxşı nəticə göstərən ölkələr siyahısındadır – 0,6%.

PİA.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov qeyd edib.

O bildirib ki, hər yerdə real yoluxma sayının 10 dəfə çox, real ölüm hallarının isə 2 dəfə çox olması düşünülür:

“Bizdə ölüm faizinin aşağı olmasını həkimlərimizin can yandırması ilə əlaqələndirirəm. Bəzi neqativ hallar hər yerdə olduğu kimi, burada da müşahidə olunmağına baxmayaraq, digər ölkənin həkimləri ilə müqayisədə həkimlərimiz və tibbi personalımız məncə, daha çox istiqanlı, humanistdir. Pandemiyada bu, çox vacibdir”.

Həkim vaksin vurdurmaqda tərəddüd edənlərə də tövsiyə verib:

“Soruşurlar ki, “Sinovac”, yoxsa “Pfizer”? Hansı məsləhətdir? Bu sual geniş yazı tələb edir, amma qısaca olaraq öz gəldiyim nəticəni sizə deyim. Əgər sadəcə pasport almaq üçün məcburən vurdurursunuzsa, sizin üçün daha təhlükəsiz olan “Sinovac”ı seçin. Əgər məqsədiniz koronavirusdan daha güclü qorunmaqdırsa, “Pfizer”i seçin”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar