Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hakimiyyət hərisi adamların köməyi ilə Rusiyanı MDB məkanından sıxışdırmaq istəyirlər...”

Rusiyanın postsovet məkanında təsirlərinin güclənməsi onun rəqiblərində narahatlıq yaradır. PİA.az xəbər verir ki, belə bəyanatla prezident Vladimir Putin çıxış edib. O, deyib ki, Rusiyanın opponentləri “dünyada gərginliyin azaldılmasına dair danışıqlar” çərçivəsində Rusiyanı “ambisioz və hakimiyyətə həris adamların” köməyi ilə MDB məkanından sıxışdırıb çıxarmağa çalışacaqlar.

Bir sıra Rusiya KİV-lərinin redaktorları ilə görüşündə (görüşdən kadrları “Rossia 24” telekanalı nümayiş etdirib) Putin deyib ki, onun ölkəsinin opponentləri və ya potensial rəqibləri çoxdandır “ambisioz və hakimiyyət hərisi adamları” öz maraqları üçün istifadə edirlər.

“Bizim təsirlərimiz postsovet məkanında, hər necə də olsa, artır. Bütün mürəkkəbləşmələrə baxmayaraq. Axı Sovet İttifaqı dağılanda müstəqil dövlətlərin formalaşmasını bundan irəli gələn bütün nəticələri ilə birlikdə nəzərə almaq lazım idi. Lakin bununla belə son illərdə bizim burada təsirlərimiz, nüfuzumuz artır. Bu da narahatlıq yaradır və bizi buradan itələyib çıxarmağa çalışırlar”,- Putin bəyan edib.

Onun sözlərinə görə, “hakimiyyət hərisi adamları” şübhəsiz ki, bu məqsədlərlə istifadə edəcəklər.

Xatırladaq ki, bundan əvvəl analoji bəyanatla Rusiya xarici işlər nazirinin müavini Aleksandr Ryabkov TASS-a müsahibəsində çıxış etmişdi. Demişdi ki, Qərb MDB ölkələrində anti-Rusiya mövqeli adamları hakimiyyətə gətirməyə çalışır. (virtualaz.org)

pia.az


Etiket: Putin

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar