Bazar ertəsi, 21 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Hakim Abel Məhərrəmovla bağlı zalda elan etdiyi qərarı otağında dəyişdi - Görünməmiş məhkəmə biabırçılığı

“Gununsesi.info” xəbər portalında Yasamal Rayon Məhkəməsinin Abel Məhərrəmova qarşı 800 minlik iddia üzrə qətnamə çıxarması barədə xəbəri dəqiq deyil. Abel Məhərrəmovun vəkili olaraq, mən sizə bildirim ki, məhkəmədə şikayəti rədd edilib,bununla bağlı vahid məhkəmə portalında məlumat əks olunub”.

Bu sözləri Gununsesi.info-ya müraciət edən Bakı Dövlət Üniversitetinin sabiq rektoru, akademik Abel Məhərrəmovun vəkili Altay Əfəndiyev bildirib.

Qeyd edək ki, Gununsesi.info Abel Məhərrəmova qarşı 800 minlik pul tələbi üzrə məhkəmə keçirildiyi və bu barədə qətnamə qəbul oldunmasına dair şikayətçi tərəfə istinadən xəbər dərc edib.

Həmin yazı da bildirilir ki, Abel Məhərrəmov villasında, restoranlarında və bağ evində işlətdiyi ustaların, fəhlələrin pulunu verməyib və buna görə də, məhkəməyə verilib.

Saytımıza açıqlamasında şikayətçi tərəf olan İsimxan Mirzəyev bu olaydan şoka düşdüyünü deyib:

“Qətnaməni elan edəndən sonra hakim Vahid Hacıyev elan etdi ki, iddia təmin olunur. Hətta cavabdeh tərəfin vəkili Altay Əfəndiyevə üzünü tutaraq bildirdi ki, Apellyasiya şikayəti etmək hüqunuz var.

Sonradan hakim otağına gedib, başqa şey yazıb. Və biz də sevincək məhkəmə binasını tərk etdik. Lakin hakim otağına gedəndən sonra qərarı tamamilə dəyişib qətnaməyə başqa şey daxil edib. Abel Məhərrovun qardaşı Ədliyyə Nazirliyində yüksək vəzifə tutur. Görünür, bu amilin rolu oldu. Biz mübarizəmizi sonadək apracağıq”.

Şikayətçi tərəf onu da bildirib ki, Yasamal məhkəməsindəki proseslərin audio və video qeydiyyatı olduğundan görüntülər açıqlanmalıdır.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

MSK: Nikol Paşinyan seçkilərin qalibidir - Partiyası seçkilərdə 53,9 % səs alıb - Yenilənib

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Pirallahı RİH-də əməliyyat keçirir 

Simonyanın 7 və 8 yaşlı uşaqları türkləri öldürməyə çağırdı - Video

Moskvadan Paşinyanın qələbəsinə gözlənilməz reaksiya

Nikol Paşinyan: “Hökuməti təkbaşına formalaşdıracağıq”

Koçaryanın seçki qərargahı: “Ümidimiz şəhər vilayətlərinə, xüsusən də İrəvanadır”

Erməni xalqının darmadağın etdiyi müxalifət və zəfər şərabını yenidən içən Paşinyan...

Rusiyanın reallaşmayan Ermənistan planı... - Bir daha Paşinyanı seçdiyinə görə Kreml erməni xalqını cəzalandıra bilərmi?

Tural Səfərovu Naxçıvanda niyə həbs ediblər? – Zorla sildirilən statusda nə yazılıb?

Azərbaycanda əhaliyə yenidən 190 manat ödəniləcək

Ən çox oxunanalar