Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hafiz Məmmədov azadlığa buraxılmadı - Yenilənib

Bu gün Bakı Apellyasiya Məhkəməsində vergi borcuna görə həbs edilən Hafiz Məmmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılır.

Qafqazinfo” xəbər verir ki, hazırda məhkəmədə fasilə olunub, günün ikinci yarısında təkrarən işə baxılması davam etdiriləcək.

Hafiz Məmmədovun hələ də vergi borcunu ödəmədiyi bildirilir.

***

Hakim Kamran Əkbərov Hafiz Məmmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etməyib. Məhkəmə bildirib ki, o, dövlətə olan 1 milyon manat borcunu tam ödəməlidir.

***

Qeyd edək ki, vəkillərinin sözlərinə görə, H.Məmmədovun sosial ödənişlərlə bağlı 1,4 milyon manat borcu olub, həmin məbləğdən 400 mini ödəyib. Hazırda isə Məmmədovun borcu 1 milyon manatdır.

Dövlət Vergi Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlunun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanıb.

Başlanmış cinayət işi çərçivəsində Hafiz Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından, onun barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib.Yasamal rayon məhkəməsinin qərarı ilə Hafiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Ən çox oxunanalar