Hacıqabul rayonu ərazisində yol polisinin xidməti avtomobilin mühərrikində yanğın baş verib...
DİN-in mətbuat xidmətindən PİA.az-ya bildirilib ki, polis əməkdaşları tərəfindən xüsusi texniki vasitələrdən istifadə olunmaqla “Mersedes” markalı avtomobildə olan yanğın söndürülüb. Xəsarət alan yoxdur.
Araşdırma aparılır.
pia.az