Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul şəhərinin mərkəzi küçəsində baş verib. "VAZ 2106" markalı avtomobillə "Hyundai" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Yaralılar Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Fotolar
pia.az