Bazar, 28 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Hacıqabulda 7000 manatlıq oğurluq edən şəxs saxlanılıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayon ərazisində yerləşən evlərin birinə qanunsuz daxil olaraq ümumi dəyəri 7000 manata yaxın olan müxtəlif növ məişət əşyaları və avadanlıqları oğurlayan rayon sakini Emin Şirinov saxlanılıb.

Saxlanılan zaman həmin şəxsin üzərinə keçirilən baxış zamanı ondan psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı E.Şirinov törətdiyi oğurluq əməlini etiraf edərək, əşya və avadanlıqları dəyərindən ucuz qiymətə satdığını, üzərindən aşkarlanan psixotrop maddəni isə satmaq üçün qanunsuz saxladığını bildirib.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şirzad Məmmədov da saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı isə bir büküm metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla əlaqədar Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

“Əli İnsanov 1000 avroya mənə arayış satıb” 

Bakıda intihar edən qız “18+” videoları ilə şantaj edilirmiş - Foto

Ərdoğan Berdiməhəmmədov ilə 5 milyardlıq razılaşma imzaladı

Sumqayıt Şəhər İcra Hakimiyyəti pulları hara xərcləyir? - Video

“Rusiya olmasa bizi bir neçə günə məhv edərlər...”

Rusiya mətbiatı Paşinyanın səs-küylü bəyanatından yazdı: “Qarabağ Azərbaycanındır”

ABŞ-ın neft siyasəti - “A” planı uğursuz oldu, bəs Baydenin “B” planı varmı?

21 yaşlı qıza əlillik vermək üçün pul istənilib?

Azərbaycan və Türkiyə XİN başçıları bölgədəki vəziyyəti müzakirə ediblər

Ramanıda axan qardaş qanı: yoxsulluq, səfalət, işsizlik və narkotik...

Ən çox oxunanalar