Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanın uğurlu vasitəçilik missiyası - Rusiya bu kanalları bağlamağa can atacaqmı?..

Bəziləri hesab edirlər ki, Gürcüstanın uğurlu vasitəçilik missiyası eyni zamanda Qərbin Cənubi Qafqazda addım səsləri kimi dəyərləndirilməlidir­...

Politoloq: “Gürcüstanın vasitəçilik etməsinə əlbəttə ki, Rusiya qısqanclıqla yanaşacaq. Amma Gürcüstanın bu addımı çox yüksək qiymətləndirilməlidir”.

“Dünyanın o başından gəlib Cənubi Qafqazda problemləri həll etməyə ehtiyac yoxdur. Cənubi Qafqaz xalqları uzun illərdir bir-birləri ilə əlaqəyə malikdirlər”.

Bu sözləri politoloq Qabil Hüseynli Azərbaycanla Ermənistan arasında Gürcüstanın uğurlu vasitəçilik missiyasını PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi Azərbaycanla Ermənistan arasında Gürcüstanın uğurlu vasitəçilik missiyasını həyata keçirdi və bu missiya sayəsində 15 erməni əsir Ağdam rayonunun ərazisinin mina xəritələri ilə dəyişdirildi. 15 erməni əsirin Azərbaycan tərəfindən sərbəst buraxılması istər ABŞ, istər AB, istərsə də Rusiya tərəfindən alqışlandı. Ermənistanda isə Azərbaycanın bu addımı daha çox Paşinyanın reytinqini yüksəltmək kimi dəyərləndirildi.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili isə ölkəsinin vasitəşilik missiyası ilə bağlı bildirib ki, Cənubi Qafqazda təhlükəsizliyin yaxşılaşdırılması və etimad mühitinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Baş nazir deyib: “Gürcüstanın strateji tərəfdaşı olan ABŞ və dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Rikerlə Azərbaycan tərəfindən saxlanılan 15 nəfər erməninin azadlığa buraxılması və Ermənistanın minalanmış ərazilər barədə məlumat təqdim etməsi üçün sıx koordinasiyada oynadığı roldan fəxr edirəm”.

Onun sözlərinə görə, Gürcüstanın regional proseslərdə və qonşuluq siyasətində rolu artır: “Gürcüstan Azərbaycan ilə Ermənistan arasında vasitəçi rolunu öz üzərinə götürdü. İki qonşu ölkə arasında əldə olunan razılaşma bölgə üçün mühüm əhəmiyyət kəsb edir”.

“Çox ümid edirəm ki, bu proses davam edəcək, bölgədə sülh və sabitliyin bərqərar olması ilə nəticələnəcək”, – deyə Qaribaşvili vurğulayıb.

Bildiyimiz kimi Azərbaycanla Ermənistan arasında Gürcüstanın uğurlu vasitəçilik missiyasını necə dəyərləndirmək olar? Bəziləri hesab edirlər ki, Gürcüstanın uğurlu vasitəçilik missiyası eyni zamanda Qərbin Cənubi Qafqazda addım səsləri kimi dəyərləndirilməlidir. Gürcüstanın bu missiyası Rusiya tərəfindən qısqanclıqla qarşılana bilərmi və bu yaxın gələcəkdə Rusiyanın kontr-addımlar atması ilə nəticələnə bilərmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynliyə müraciət edib.

Qabil Hüseynli: “Gürcüstan Cənubi Qafqazda etimad mühitini sağlamlaşdırmaq adına bundan sonra yeni addımlarını atmalıdır. Yəqin ki, artıq Gürcüstan bu addımları atır”.

Gürcüstanın Azərbaycanla Ermənistan arasında olan əlaqələrin bir hissəsini həyata keçirdiyini vurğulayan politoloq bildirib ki, söhbət əsirlərin qaytarılması və Ağdamın minalanmış ərazilərinin xəritələrinin alınmasından gedir. Gürcüstan bundan sonra sonrakı addımlarını atmalıdır:

“Gürcüstanın vasitəçilik etməsinə əlbəttə ki, Rusiya qısqanclıqla yanaşacaq. Amma Gürcüstanın bu addımı çox yüksək qiymətləndirilməlidir. Gürcüstan bu işi başladı, öz üzərinə götürdü və uğurla axıra çatdırdı.

Bütün bunlar o deməkdir ki, dünyanın o başından gəlib Cənubi Qafqazda problemləri həll etməyə ehtiyac yoxdur. Cənubi Qafqaz xalqları uzun illərdir bir-birləri ilə əlaqəyə malikdirlər. Cənubi Qafqaz xalqlarının bir-biri ilə dostluq əlaqələri düşmənçilik əlaqələrindən qat-qat çox olub.

Qabil Hüseynli: “Barmağının beşini də şam edib Rusiyanın qarşısında yandırsan da, Rusiya öz bildiyini edəcək. Əksinə Gürcüstanın atdığı addım Rusiyaya bir dərs, örnəkdir”.

Gürcüstan sübut etdi ki, o Rusiya ilə müqayisədə daha uğurlu surətdə Ermənistanla Azərbaycan arasındakı əlaqələr qura bilər. Gürcüstan Azərbaycanla Ermənistan arasında olan əlaqələrin bir hissəsini həyata keçirdi. Söhbət əsirlərin qaytarılması və Ağdamın minalanmış ərazilərinin xəritələrinin alınmasından gedir. Gürcüstan Cənubi Qafqazda etimad mühitini sağlamlaşdırmaq adına bundan sonra yeni addımlarını atmalıdır. Yəqin ki, artıq Gürcüstan bu addımları atır. Bu haqda məlumatı hələ ki, gizli saxlayırlar. Hər bir halda güman edirəm ki, Gürcüstanın bu təşəbbüsü dünya tərəfindən alqışlanır.

Barmağının beşini də şam edib Rusiyanın qarşısında yandırsan da, Rusiya öz bildiyini edəcək. Əksinə Gürcüstanın atdığı addım Rusiyaya bir dərs, örnəkdir. Rusiya hücum edib ərazisinin bir hissəsini zəbt etdiyi Gürcüstan dünya siyasətində dinamik rol oynadı. Düşünürəm ki, Rusiya Gürcüstandan ibrət dərsi götürməlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar