Bazar, 20 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Gürcüstanın baş naziri ölkə müsəlmanlarını təbrik edib

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Ramazan bayramı münasibətilə ölkənin müsəlman icmasının nümayəndələri ilə görüş keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, görüşdə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadze də iştirak edib.

Hökumət başçısı müsəlman həmvətəndaşlarını Ramazan bayramı münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb. İ.Qaribaşvili deyib ki, Gürcüstanda müsəlman və xristianlar tarixən bir-birlərinin dini etiqadlarına qarşılıqlı hörmət şəraitində yaşayıblar.

Qərbi Gürcüstan üzrə müfti Adam Şantadze görüşün təşkilinə görə baş nazirə minnətdarlığını bildirib. O, Gürcüstanın bu gün də mədəni, etnik və dini müxtəlifliyi ilə fərqləndiyini qeyd edib: “Müxtəlif dinlərə mənsub olan insanlar Gürcüstanda həmişə qardaşlıq və dostluq mühitində yaşayıblar və bu da vahid güclü dövlətin qurulmasına kömək edib”.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Azərbaycandan ABŞ-a aparılan itlər quduz çıxdı, dövlətlərarası araşdırma başladı

Paşinyan növbəyə dayandı, səs verdi, heç nə deməyib getdi - Yenilənib

“Ermənilərin qatili” – Köçəryan üçün gözlənilməz zərbə

Əliyevlə Ərdoğanın dialoqu və... - İrəvan Bakını aldatdı, saxtadır

Ermənistanda seçki qarşıdurması: Paşinyan Koçaryana qarşı ordunu göndərir

Azərbaycanda son sutkada COVID-19-a yoluxma sayı açıqlandı

İki dəfə nişanını qaytaran Talıb Tale səbəbini açıqladı - Video

Ermənistanda seçkilər: baş nazir postuna namizədin maşını atəşə tutuldu

Ağcabədidə nəvə babasının evində intihar etdi

Ən çox oxunanalar