Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanda qalmaqallı səsyazısı yayılıb

Gürcüstanın “Pirveli” televiziya kanalı ötən gün hakim Gürcü Arzusu Partiyasının keçmiş sədri Bidzina İvanişvilinin oğlu Bera İvanişvili və baş nazir İrakli Qaribaşvilinin təxmin edilən telefon danışığının səsyazısını yayıb.

“Report”un yerli bürosu xəbər verir ki, yazıda B.İvanişvili İ.Qaribaşvilidən feysbuk sosial şəbəkəsində mənfi şərhlər yazan məktəblinin cəzalandırılmasını tələb edir.

Süjetdə iddia olunub ki, yazıda Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Anzor Çubinidze də yer alıb.

Gürcüstanın müxalifət partiyaları audioyazının təqdim olunmasından sonra baş nazirin istefasını tələb ediblər. Avropalı Gürcüstan Partiyasının lideri Gigi Uqulava bildirib ki, növbədənkənar seçkilərə qədər İ.Qaribaşvili istefa verməlidir. Lelo Partiyası bəyanat yayaraq audioyazı ilə bağlı araşdırmanın aparılması və hökumət başçısının istefasını tələb edib.

Hakim partiyanın parlamentdəki fraksiyasının sədri Mamuka Mdinaradze səsyazısını saxta adlandıraraq bildirib ki, yazı “KQBsayağı” montaj olunub.

Gürcüstan ombudsmanı Nino Lomcariya audioyazı ilə bağlı təhqiqat aparmağa çağırıb.

pia.az 


Etiket: Gürcüstan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Üç ay əvvəl hökm oxunan zabitlər azadlığa buraxıldılar

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Ən çox oxunanalar