Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan Strasburq məhkəməsində Rusiyanı növbəti dəfə udub

Avropa İnsan Hüquqları Məhkəməsi 2008-ci il müharibəsi ilə bağlı Gürcüstana qarşı iki iş üzrə qərarını açıqlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyindən bildirilib.

Strasburq məhkəməsi “Bekoyeva və digərləri Gürcüstana qarşı” və “Şavloxova və digərləri Gürcüstana qarşı” işləri üzrə müraciətləri qəbuledilməz hesab edib.

Şikayətlərdə Tsxinvali bölgəsinin sakinləri Gürcüstanı ittiham ediblər. Avropa Məhkəməsi isə Gürcüstan tərəfinin Rusiyanın Tsxinvali bölgəsini aktiv şəkildə bombalaması, Gürcüstan Silahlı Qüvvələrinin region və ətrafına nəzarət həyata keçirməməsi ilə bağlı arqumentləri ilə razılaşıb. Bu səbəbdən Gürcüstan tərəfinə hər hansı bir pozuntunu aid etmək mümkün olmayıb.

Strasburq məhkəməsi həmçinin Gürcüstan tərəfinin ittihamların açıq şəkildə əsaslandırılmamış olması ilə bağlı arqumenti ilə də razılaşıb, belə ki, iddialara minimum standarta uyğun sübutlar əlavə edilməyib.

Qeyd edək ki, bu il Gürcüstan artıq ikinci dəfədir Avropa Məhkəməsində Rusiyanı udur. Belə ki, yanvarın 21-də məhkəmənin “Gürcüstan Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi qərara əsasən, Rusiya 2008-ci ilin avqustundakı müharibə zamanı gürcülərə qarşı etnik təmizləmə həyata keçirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar