Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Günün brifinqi – “Sülhməramlı” həyasızlığı

Bu gün Qarabağdakı general Andrey Volkov Rusiya “sülhməramlı”larının mahiyyətini və işğalçı simasını bir daha ortaya qoydu…

Volkovun Azərbaycan jurnalistlərini hakim olduqları Azərbaycan ərazilərinə buraxmamaları birmənalı şəkildə Azərbaycanın süverenliyinə hörmətsizlikdir. Həm də bu hörmətsizlik həddini aşan saymamazlıq səviyyəsindədir.

Lakin bu hörmətsizlik və saymamağlığı bir tərəfə qoysaq belə, Volkovun fikrini bitirmədən söylədiyi bir ifadə onun və əsgərlərinin “sülhməramlı” deyil, işğalçı olduğunu bir daha ortaya qoydu. Volkovun “İctimai” TV-nin əməkdaşına ünvanladığı ifadəsi tam olaraq belə olub: “Bura sizin əraziniz…”.

General fikrini bitirməsə də, onun nə demək istədiyi özü-özündən aydındır: Volkov Qarabağda fəaliyyət göstərən “sülhməramlı”ların komandanı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımır. Rusiya “sülhməramlı” adı altında sadəcə Azərbaycan ərazisiniişğal edib və bu işğal faktı da Volkovun dili ilə yarımçıq da olsa bu gün təsdiqləndi.

Bu əslində Rusiyanın Qarabağdakı mövcudluğunun rus yanaşmasıdır və hər nə qədər Putin və lavrov Azərbaycanın ərazi bütövlüyünü sözdə tanısalar da, əməldə bunun əksi baş verir. Yəni Rusiya Azərbaycan ərazisini işğal edib və Azərbaycan vətəndaşlarını bu ərazilərə buraxmır.

Bu əsil həyasızlıqdır…

Ona görədə sual olunur: İşğalçı “sülhməramlı”ların Azərbaycandakı varlığı bizə lazımdırmı? Bu işğalçı ordunu ərazilərimizdən çıxarmanın zamanı gəlməyibmi?..

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar