Çərşənbə, 01 Fevral 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Günün brifinqi – Şapalaq…

Ermənilərin, sülhməramlıların və Makronun üzündə partlayan Azərbaycan şapalağı…

Dünən Xankəndi-Gorus avtomobil yolunun Şuşa-Daşaltı yol ayrıcında Azərbaycan ekoloqları tərəfindən bağlanması çoxdan yerində oturmayan daşları yerində oturtdu.

O daşların yerinə oturması üçün Azərbaycan ordusu son bir ildə bir neçə əməliyyat keçirmiş, hərbiçilərimiz sülhməramllların nəzarətində olan bir sıra yüksəlikləri ələ keçirmiş və ordumuz Ermənistanın içərilərinə doğru irəliləyərək Göyçə gölünün həndəvərinə qədər irəliləmişdi. Lakin buna baxmayaraq daşlar bir türlü yerinə oturmamışdı.

Son zamanlar isə diplomatik cəbhədə ümumiyyətlə demarşlarla üz-üzəydik. Bir tərəfdən Paşinyan söz verdiyi kimi ilin sonuna qədər sülh sazişini imzalamaqdan qaçmaq üçün vurnxur, digər tərəfdən Rusiya və Fransa Cənubi Qafqqaza rahatlıq gətirəcək bu sülhü imkansız hala gətirmək üçün əlindən gələn hər şeyi edirdi.

Dünən Xankəndi-Gorus avtomobil yolunun Şuşa-Daşaltı yol ayrıcında Azərbaycan ekoloqları tərəfindən bir neçə saat bağlanması isə Cənubi Qafqazda sülh istəməyənlərin, yəni ermənilərin, Rusiyanın və Fransanın üzündə partlayan Azərbaycan şapalağı kimi bir şey oldu. Xüsusilə bu “şapalağın” verdiyi mesaj o qədər aydın idi ki, bu mesajdan yayınmaq artıq heç də asan deyil.

Hər şeydən əvvəl Azərbaycan dünən sözdə sülhməramlıların olduğu ərazilərdə kimin əsil sahib olduğunu ortaya qoydu. Yəni, dünən boylarından böyük hoppanmağa çalışan və əslində olduqlarından qat-qat yekə danışan ermənilərin əsas ümidləri öldü. O ümid isə ondan ibarət idi ki, nə qədər yekə danışsalar da, Rusiya sülhməramlıları onların saçından bir tel belə düşməyə qoymaz. Dünən isə bəlli oldu ki, bu heç də belə deyil. Sülhməramlılar onları qoruya bilməz. Ən azından Xankəndi Gorus yolunu bağlamaq Azərbaycanın ana südü kimi halalıdır və bu zaman sülhməramlılar heç bir şey edə bilməzlər. Çünki yolun keçdiyi ərazi Azərbaycanın süveren ərazilərinə aiddir.

Sülhməramlıların vəzifəsi yoldan keçən ermənilərin təhlükəsizliyini təmin etməkdir, qaçaqmalçılıq və terrora dəstək vermək deyil. Rusiya sülhməramlıları isə Qarabağda sözün bütün mənalarında qaçaqmalçılığa və terrorizmə dəstək verir. Bu birmənalıdır. Sülhməramlılar iki illik fəaliyyətlərində “mandatlarına” uyğun fəaliyyət göstərmədiklərini hər gün ortaya qoyublar.

Dünən baş verən hadisə zamanı Azərbaycan təkcə ermənilərə öz yerlərini göstərmədi, eyni zamanda sülhməramlıları da öz yerlərində oturtdu. Ona görə də, dünənki hadisə sülhməramlıların üzünə vurulan şapalaq idi. Bu hadisə həm erməniləri, həm də sülhməramlıları yerində oturtduğu kimi, həm də ermənilərə çıxışa doğru göstərilən bir işarət idi. Bu o demək idi ki, daşıdığı etnik və sosial ayrılıqlardan asılı olmayaraq, Qarabağda yaşayan hər kəs Azərbaycan dövlətinin iradəsinə tabe olmalıdır. Bunun əksini iddia edənlər, hətta düşünənlər üçün çıxış yolu açıqdır. Bir daha geri dönməmək şərti ilə Xankəndindən Gorusa doğru gedə bilərlər. Ermənilər Azərbaycan dövlətinə tabe olmayaraq, törətdikləri cinayətlərə görə, onların cinayətlərini bölüşən “sülhməramlılara” arxayın ola bilməzlər.

Son iki ayda, daha doğrusu Putinin “Valday” klubundakı çıxışından sonra həddindən artıq ürəkli danışan, hətta Makrondan aldığı “bacı” dəstəyindən sonra Azərbaycana qarşı demarşlar edən Paşinyan, dünənki hadisədən sonra öz tempini aşağı salmağa məcbur olacaq. Çünki o, yaxşı bilir ki, iddialı olduğu Qarabağla bağlı əlində Putinin “Valday” klubundakı çıxışından və Makronun “banlamasından” savayı heç bir “kozır” yoxdur. Bunun əksinə olaraq isə, bütün real “kozırlar” Azərbaycanın əlindədir və Azərbaycan dünən sadəcə bu “kozır”lardan biri ilə xəbərdarlıq etdi.

İndi yəqin ki, aldığı tərs şapalaqdan sonra Paşinyan sülh üçün daha açıq olacaq. Yəqin ki, artıq İlham Əliyevlə görüş üçün “Makron da orda olsun”, şətindən də vaz keçəcək. Çünki aydındır ki, Makron, hər nə qədər onun əlindən tumağa cəhd eləsə də, nəyisə dəyişməyə qadir deyil. O, Paşinyan üçün ətəklərinə sığındığı “böyük bacı” ola bilər, ancaq bu faktiki olraq “balaca” Nikolun İlham Əliyevlə münasibətlərdə heç nəyi dəyişdirə biləcək bir faktor deyil…

Şapalağın Makronun sifətində qoyduğu izlərə gəlincə, Fransa prezidenti və ölkəsi erməniləri maksimum dəstəkləməklə əslində, ən böyük zərəri ermənilərə vurmuş oldular. Makron artıq istəsə belə, erməniləri müdafiə edə bilməyəcək. Çünki ermənilərə verdiyi maksimum dəstək, onu proseslərdən kənarda qoyub. O, sadəcə kənardan danışa bilər, amma prosesə müdaxilə edə bilməz. Makron artıq bu qədər zəif və acizdir və üzündə də Azərbaycanın şapalağının izi açıq görünür…

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sərnişindaşımada qiymət artdı... - Vətəndaşların sosial vəziyyəti necə olacaq?

Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətləri artırıldı

NTV-nin jurnalisti Ukraynada Kadırovçular tərəfindən dəfələrlə zorlanıb

Qəbirlər hər gün 5 kəlmə ilə insanı çağırar

Uçot dərəcəsinin rekord səviyyəyə qədər artırılması dünya ticarət sisteminə necə təsir edəcək?

Azərbaycanda metro və avtobuslarda minimum gediş haqqı 40 qəpiyə qaldırılıb

Naxçıvanın Penitensiar Xidmətinin rəisi həbs edilib - Foto

Səbuhi Şahverdiyev Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsindən azad edilib

Alimpaşa Məmmədov bağçaların pulunun mənimsənilməsindən danışdı

Ən çox oxunanalar