Bazar, 20 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Günel Səfərova Konstitusiya Məhkəməsinə müraciət etdi - "Söz Sizindir!"

Bu barədə Günel Səfərova öz feysbuk səhifəsində yazıb...

9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd, "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova 9 fevralda keçirilən seçkilərlə bağlı Konstitusiya Məhkəməsinin hakimlərinə müraciət edib.

PİA.az xəbər verir ki, bu barədə Günel Səfərova öz feysbuk səhifəsində yazıb. Müraciəti olduğu kimi təqdim edirik:

"İslahatlara, gələcəyə, dəyişəcəyimizə, hər kəsə bərabər imkanların tanındığı daha ədalətli bir cəmiyyət qura biləcəyimizə inanaraq, böyük ümidlərlə qatıldığımız parlament seçkiləri özünün məntiqi sonluğuna yaxınlaşdı. İndi son söz Konstitusiya Məhkəməsinindir. Hüquqlarımıza təminat verən Ana Qanunumuzun keşiyində dayanan Məhkəmə ya sözün bütün mənalarında hüquqi dövlətin vətəndaşı olmaq haqqımıza sahiblənmək istəyənlərin qarşısında qanunun sərt üzü ilə səd çəkməli, ya da bunu gələcək onilliklərin və nəsillərin öhdəsinə buraxmalıdır. Hələ ki, gec deyil və hələ ki, seçim imkanı var.

Mən Konstitusiya Məhkəməsinin hakimlərinə müraciət edirəm: Ölkəmizin gələcəyi, işıqla qaranlığın, xeyirlə şərin savaşından kimin qalib çıxacağı sizin verəcəyiniz qərardan asılıdır. Əlinizi Konstitusiyanın və vicdanınızın üzərinə qoyub qərar verin. Çünki bu qərardan asılı olan ayrı-ayrı seçki dairələrində qalib elan edilmiş, yaxud edilməmiş deputatlığa namizədlərin taleyi deyil, millətimizin və dövlətimizin gələcəyidir.

Dövlətin böyüklüyü onun ədaləti ilə ölçülür. Ədalətin kiçildiyi ölkələrdə yalnız günahlar və günahkarlar böyük görünürlər. Bunu bildiyimdən və ədalətli olduğum üçün zamanında hüquq fakültəsini seçmişdim. Dövlətin ədalətinin gücünü ortaya qoymaq imkanı indi sizin əlinizdədir. Ədalətli olun! Çünki ədalətsiz insanları nəinki biz, heç tarix də bağışlamayacaq!" (Aktual.az )

pia.az



Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Azərbaycandan ABŞ-a aparılan itlər quduz çıxdı, dövlətlərarası araşdırma başladı

Paşinyan növbəyə dayandı, səs verdi, heç nə deməyib getdi - Yenilənib

“Ermənilərin qatili” – Köçəryan üçün gözlənilməz zərbə

Əliyevlə Ərdoğanın dialoqu və... - İrəvan Bakını aldatdı, saxtadır

Ermənistanda seçki qarşıdurması: Paşinyan Koçaryana qarşı ordunu göndərir

Azərbaycanda son sutkada COVID-19-a yoluxma sayı açıqlandı

Səslərin sayılmasına başlanıldı: Paşinyan, ya Köçəryan?

İki dəfə nişanını qaytaran Talıb Tale səbəbini açıqladı - Video

Ən çox oxunanalar