Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Güclü külək və leysan Şəkidə fəsadlar törədib, bir nəfər ölüb - Foto, Video, Yenilənib

Güclü küləklə müşayiət olunan leysan yağışları Şəkidə bir sıra fəsadlar törədib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, ötən gün axşam saatlarından başlayaraq, ölkənin şimal-qərb bölgəsində - Balakən, Zaqatala, QaxŞəki rayonlarında qeyri-sabit hava şəraiti hökm sürüb. Güclü küləklə müşayiət edilən qısamüddətli laysan yağıb. Bölgənin dağ çaylarında suyun səviyyəsi artıb. Güclü külək br sıra ərazilərdə ağacları qırıb.

Qeyri-sabit hava şəraiti Şəkidə - Kiş, Baş Şabalıd, Baş Göynük, Aşağı Göynük kəndlərində daha çox özünü büruzə verib.
Şəkinin Kiş kəndindən dağlıq əraziyə yaylağa gedən üç nəhər kənd sakini geri qayıdarkən yolda leysana düşüblər. Kənd ərazisindən axan Qurcana çayını atla keçmək istəyən, 1996-cı il təvəllüdlü Şamil Əhmədov atdan yıxılaraq çaya düşüb. Çayda suyun çox olması səbəbindən Ş. Əhmədov suda boğularaq ölüb. Onun meyiti kənd sakinləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 25 yaşlı Ş. Əhmədovun bir müddət əvvəl ailə həyatı qurduğu bildirilir.

Güclü külək və leysan yağışları səbəbindən rayonun Baş Göynük, Aşağı Göynük və Baş Şabalıd kəndlərində bir sıra ərazilərdə irigövdəli ağaclar yıxılıb, xırda suötürücü körpülərə ziyan dəyib. Qaz, elektrik və telefon xətlərinin üstünə ağcların aşması səbəbindən infrastruktura və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.

Güclü külək rayonun Birinci Biləcik kəndində, kənd sakini Asiman Telman oğlu Bədiyevə məxsus fərdi yaşayış evində dağıntılar törədib. İlkin məlumatlara görə, evin tavanı uçub, yan divarları aşıb. Bundan başqa, həyətyanı sahənin hasarı da bir neçə yerdən dağılıb.

Güclü külək və leysan yağışları səbəbindən baş verən fəsadları aradan qaldırmaq istiqamətində və dəymiş ziyanın hesablanması ilə bağlı Şəki rayon fövqaladə hallar komisiyasının əməkdaşları ərazilərə ezam edilib, müvafiq qrumlara məlumat verilib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar