Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göyçayda xarici ölkə vətəndaşından narkotik alan qohumlar saxlanılıb

Göyçayda xarici ölkə vətəndaşından onlayn narkotik alan qohumlar saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"un Yuxarı Şirvan bürosuna verilən məlumata görə, əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılan Fərhad Adilov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb. F.Adilov ifadəsində həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduğu xarici ölkələrin birinin vətəndaşından 300 manata aldığını və bibisi oğlu Tərlan Həsənovla Bakı şəhərinə gedərək əvvəlcədən ona deyilən yerdən götürüb, Göyçaya qayıtdıqlarını bildirib.

Tədbirlərin davamı olaraq bir neçə gün əvvəl rayon ərazisindəki oğurluqlara görə saxlanılan T.Həsənovun da yaşadığı ünvana baxış keçirilib və oradan psixotrop maddə metamfetamin (“patı”), narkotik vasitə heroin və metadon həbləri aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar