Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Görkəmli alim-numizmat Əli Rəcəbli vəfat edib

Görkəmli alim-numizmat, professor Əli Rəcəbli vəfat edib...

PİA.az xəbər verir ki, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və Epiqrafika elmi fond şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor Əli Rəcəbli 95 yaşında dünyasını dəyişib.

Əli Rəcəbli 1927-ci il avqustun 2-də Zaqatala rayonunda anadan olub. O, 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib, Yevgeni Paxomovun məsləhəti və Azərbaycan Dövlət Muzeyinin (hazırda Milli Azərbaycan Tarixi Muzeyi) direktoru, məşhur arxeoloq S.Qazıyevin təklifi ilə “numizmatika” ixtisası üzrə respublikada ilk aspirant olaraq Muzeyin aspiranturasına daxil olub.

Həmin illərdə Muzeyin Numizmatika fondunun mühafizi vəzifəsini (ictimai əsaslarla) icra edən Əli Rəcəbli numizmatik materiallarla yaxından təmasda olmaq şansı qazanaraq həm tədqiqat mövzusunu araşdırmağa, həm də numizmatik təcrübə əldə etməyə nail oldu. O, elmi rəhbəri Yevgeni Paxomovun məsləhətlərini nəzərə alır, daim biliyini artırmaq üçün səy göstərirdi.

1953-cü ildən muzeydə kiçik elmi işçi olaraq fəaliyyət göstərib.

Azərbaycan Tarixi Muzeyinin elmi ekspozisiyasının yaradıcılarından olan, muzeyin mövzu-ekspozisiya planlarının tərtibində, muzey ekspozisiyasının təşkili və reekspozisiya işlərində, habelə respublikanın bir sıra diyarşünaslıq muzeylərinin (Naxçıvan, Zaqatala, Xişkədərə-Masallı, Şamaxı, Gəncə) mövzu-ekspozisiya planlarının tərtibi, ekspozisiyalarının montajı, eksponatların təyin və tədqiqi işində bilavasitə iştirak edən Əli müəllim 1970-ci ildə “Fədakar əməyinə görə” medalı ilə təltif edilib. Əli müəllim muzeydə böyük elmi işçi vəzifəsində çalışdığı 1972-ci ildə “əməkdar mədəniyyət işçisi” adına layiq görülüb.

Professor Əli Rəcəbli əldə etdiyi nailiyyətlərə görə 2010-cu ildə “Tərəqqi” medalı ilə təltif edilib, 2017-ci ildə A.A.Bakıxanov adına mükafata layiq görülüb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar