Çərşənbə axşamı, 15 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Görəsən, mən itirdiyim adamların hansıyam?


Kəramət Nəcəfov(Böyükçöl) yazır...


Özümü tapa bilmirəm. 

Axtarışdayam neçə gündür. Tapsam, öldürəcəm özümü. Görəsən, hardan düşdüm, hardan yıxıldım? Nə qədər fikirləşirəm, yadıma gəlmir. Görəsən, məni tapan olubmu? Qaytaracaqlarımı geri? Bəs qaytarmasalar, necə olacam? Yerimi kimdən soruşum, ay allah?

Bəlkə atam bilər:

– Mən hardayam?

– Evdə...

– Yoxam axı, otağıma baxdım indicə.
İnanmadı atam.

– Yalan deyirsən. Bayaq gördüm, uzanmışdın çarpayına. Yerinin içində qurcalanırdın. Bir-iki dəfə çağırdım, hay vermədin.

– Niyə?


– Bilmirəm. Gözlərin açıqıydı, üzün də tüklü. Bir gecəyə saçların uzanmışdı, saqqal basmışdı səni.

– İnanmırsan gedək bir yerdə baxaq otağıma. Deyirəm, yoxam vallah, ata! Yoxam yerimdə. Yorğanımın altı boşdu.

Atam bərk əsəbiləşdi bu sözümə, əlimdən tutub otağıma keçdi.
– Görmürsən? Korsan? Görmürsən, yorğanın altındasan?

– Hanı?

Atam yorğanı qaldırdı, gördü yoxam.

– Bəs indicə burdaydın axı, bir dəqiqə bundan qabaq yerində gördüm səni.
– Bəlkə anam bilər?

Atam anamı çağırdı.

– Balam hardadı?

– İndicə hamama girdi əl-üzünü yumağa. Gözlə, çıxacaq bir azdan.
Nə qədər gözlədim hamamın qapısının ağzında. Çıxmadım. Qapını azca araladım, gördüm heç kim yoxdu içəridə.

Anam:

– Bəs bura girdi axı indicə.

Bacımdan soruşdum yerimi.

– Bacı, qardaşın hardadı?

– İndicə hamamdan çıxıb otağına girdi. Yəqin əynini geyinir.

– Bəs bayaqdan durmuşam axı burda. Çıxdığımı görmədim.

Otağa baxdım, yoxuydum. Nə qədər axtardım, çarpayımın altına baxdım, sonra asılqana, ordan da kitabların arasına göz gəzdirdim, orda da yoxuydum.

Heç kəs tapa bilmədi məni. Nə atam, nə anam, nə bacım, nə də qardaşım...
Onda gedim iş yerimə. Neçə gündü axtarıram bu oğlanı. Telefonuna zəng də çatmır. Hardadı, görəsən? Hardadı bu uşaq, elə bil yer yarıldı, içinə girdi.
– Hə, yəqin, işdədi – anam dedi.

Mütləq. İş yerim hara buradı. Amma eybi yox. Necə olur olsun tapmalıyam özümü. Özümə bircə kəlmə sözüm var. Daha doğrusu, oturub söhbət eləmək istəyirəm ətraflı. Görüm nə istəyirəm. Sözümə baxmasa tüpürəcəm onun üzünə. Alçaq!

Düzdü, iş yerim çox uzaqdadı, amma bir göz qırpımında gəlib çatdım.

– Mən hardayam? – qapıda mühafizəçidən soruşdum.

– İndicə girdin içəri, yuxarı çıxdın, get, görəcəksən.

Tələm-tələsik qalxdım yuxarı, qapını yavaşca aralayıb stoluma baxdım, yoxuydum. Əllərimi stolunun üstünə sürtdüm. Bəlkə burdayam, görmürəm. Şöbə müdirimdən soruşdum. Dedi iki dəqiqə qabaq burdaydı, çölə çıxıb, gələr indi. Gözlədim, yenə gəlmədim.
Mühafizəçini çağırdım:

– Bəs deyirsən, burdayam?

– Vallah, indicə girdin içəri. Yəqin harasa çıxmısan. Gələrsən indi...

Gözlədim saatlarla. Gəlmədim. Harda axtardımsa tapmadım özümü. Bilmədim, neyləyəm. Axırda şəklimi də götürüb polisə üz tutdum. Ərizə yazdım ki, neçə gündü yoxa çıxmışam, məni tapın. Əlamətlərimi dedim. Boyum 1 m, 78 sm, çəkim 70 kq. Gözlərimin rəngi şabalıdı. Uzun saçlarım var, üzüm də tüklü. Xahiş edirəm, məni tapın. Necə olur-olsun, tapın məni. Təcili lazımam.

Polis bölməsindən çıxıb balaca daşın üstündə oturub fikirləşdim ki, görəsən, mən itirdiyim adamların hansıyam? Tapsam, öldürəcəm özümü. Görəsən, hardan düşdüm, harda yıxıldım? Nə qədər fikirləşirəm yadıma gəlmir. Görəsən, məni tapan olubmu? Qaytaracaqlarmı geri? Bəs qaytarmasalar, necə olacam? Yerimi kimdən soruşum, ay allah?
Məni kim tapa bilər, əlini qaldırsın.

pia.az


Etiket:


Digərxəbərlər

Digər yazıları

"Əlimdə 100 manat qalmışdı, ona da xiyar aldım" - Kəramət Böyükçöl

Kəramət Böyükçöl: “Azərbaycanı özümə oxşadıram”

“Gənclərə göstərirlər ki, qəhrəmanınız Namiq Qaraçuxurludur, Pərviz Bülbülədir...”

Görəsən, Azərbaycan ədəbiyyatının alın yazısını kim yazıb?

“Liftdə söydüyüm” Ağabəy Əsgərova açıq məktub

Ən çox oxunanalar