Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Goranboyda əməliyyat: külli miqdarda narkotik, qumbara... - Foto

Goranboyda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Borsunlu kəndi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Nəsirov saxlanılıb. Şəxsi axtarış keçirilərkən üzərindən 540 qram narkotik maddə olan heroin və 520 qram tiryək olmaqla ümumilikdə 1 kq 60 qram narkotik vasitə aşkar edilərək götürülüb.

Qeyd edək ki, RPŞ əməkdaşlarının bundan əvvəl keçirdikləri silsilə tədbirlər nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakinləri Elşən Abdullayev və Qənbər Abbasov saxlanılıb, onlara məxsus fermadan külli miqdarda narkotik, 198 ədəd avtomat patronu, 2 ədəd "F1"əl qumbarası, 5 ədəd tüstü bombası və 1 ədəd avtomat sandıqçası aşkar edilərək götürülüb.

Bununla da şöbə əməkdaşlarının son günlər narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 13 fakt üzrə ümumilikdə 2 kq 887 qram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

pia.az


Etiket: Narkotik


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar