Goranboyda yaş yarımlıq uşaq qaynar mürəbbə qazanına düşüb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Veyisli kəndində baş verib.
Ehtiyatsızlıq səbəbindən 2020-ci il təvəllüdlü kənd sakini Alıyeva Məleykə Baxış qızı mürəbbə bişirilən qaynar qazana yıxılıb. Sağ said və sağrı nahiyələrindən texniki yanıq xəsarətləri alan körpə xəstəxanaya yerləşdirilib.
pia.az