Goranboyda yol kənarında “KamAZ” markalı yük maşınının sürücüsü avtomobilinin təkərini dəyişərkən hərəkətdə olan digər avtomobil tərəfindən vurulub.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Dəliməmmədli şəhəri yaxınlığında baş verib. “KamAZ”ən sürücüsü, Daşkəsən rayon sakini, 1983-cü il təvəllüdlü Əsgərov Fikrət İsa oğlu aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
pia.az