Goranboyda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Rəhimli kəndində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində üçü bir ailənin üzvü olmaqla dörd nəfər xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
pia.az