Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Google dünyada ən çox görülən yuxuları açıqlayıb

Dünyada ən çox mənası axtarılan yuxular hansılardır?..

PİA.az xəbər verir ki, yuxu rejimi və sağlamlıqla bağlı məzmunu araşdıran və dərc edən, Böyük Britaniyada fəaliyyət göstərən “Brilliant British” şirkətindən bir qrup Google-da aparılan axtarışlardan məlumat toplayıb və hansı yuxuların hansı ölkədə daha çox axtarıldığını müəyyən edib.

Nəticədə bəlli olub ki, dünyada ən çox mənası axtarılan yuxular ilanlarla bağlı olub.

Yuxuda ilan görməyi araşdıran ilk ölkələrdən biri də Türkiyə imiş. Buna uyğun olaraq, “yuxuda ilan görmək” ifadəsi ilə ayda Braziliyada 352 min, Türkiyədə isə 214 min dəfə axtarış aparılıb. Türkiyə və Braziliya ilə yanaşı, yuxularda ilanların ən çox görüldüyü ölkələr arasında Əfqanıstan, Qazaxıstan, İran, İsrail, Rusiya, Ukrayna, Finlandiya, Portuqaliya və Oman var. Bu yuxuların zəhərli sürünənlərin həm tez-tez, həm də qeyri-adi olmayan ərazilərdə görülməsi diqqət çəkib.

Dünyada ilanlardan sonra ən çox görülən yuxular dişlərin tökülməsi olub. “Yuxuda dişlərin tökülməsi” kimi ifadələrlə google axtarışı ən çox Qərbi Avropanın əhəmiyyətli bir hissəsində, o cümlədən Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri və Şimali Amerikada aparılıb. Məsələn, ABŞ-da bu mövzuda ayda 81 min axtarış verildiyi bildirilir. Amerikalıların tez-tez araşdırdıqları digər xəyallara tətilə getmək və ya hörümçək kimi potensial təhlükəli heyvanlarla rastlaşmaq daxildir.

Bundan əlavə, Səudiyyə Ərəbistanı, İraq və Bəhreyndə evlilik, Küveytdə, Livan və Danimarkada isə hamiləlik ən çox görülən yuxu olub.

İlk baxışdan tamamilə fərqli sosial-iqtisadi şəraitə malik ölkələrdə oxşar yuxuların görülməsi diqqət çəkir. Ancaq elm adamları bu yuxuların əksəriyyətinin təkamül mənşəli olduğunu düşünürlər. Məsələn, yuxuda dişlərin töküldüyünü görmək “arxetipik” bir fenomen ola bilər.

“Psychological Reports” adlı elmi jurnalda dərc edilən araşdırmada belə deyilir:

“Ancaq bu gün çarəsizlik hissləri və ya nəzarətin itirilməsi kimi psixoloji vəziyyətlərin də bu arxetipik yuxuya səbəb ola biləcəyi mümkün görünür”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar