Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gömrük Komitəsində əməliyyat… – “Şöbə rəisi, müavini” və daha 3 nəfərin saxlanıldığı bildirilir

Aeroport gömrüyündə İnformasiya-kommunikasiya şöbəsinin rəisi Bəhruz Məmmədyarov, Gömrük prosedurları və maliyyə şöbəsinin rəis müavini Namazi Orucov və daha 3 nəfər şəxs DGK-nın Əməliyyat İdarəsi əməkdaşları tərəfindən rüşvət alma məlumatı ilə saxlanılıb.

Bu barədə 7NEWS.az saytı məlumat verib. Sayta məlumat verən mənbə bildirib ki, əməliyyat aprelin 29-da keçirilib: Aprel ayının 29-da idarə əməkdaşlarının apardığı operativ tədbirlər nəticəsində “Aeroportun karqo terminalında” gömrük deklarantı İsmayıl adlı şəxs və Cavid adlı yük inspektoru saxlanılıb. Məlumatda deyilir ki, 2 ton kosmetik vasitəni gigiyenik sertifikatsız anbardan çıxartmaq üçün gömrük əməkdaşlarına külli miqdarda pul təklif edən həmin şəxs yaxalandıqdan sonra bütün rüşvət razılaşması etdiyi gömrükçülərin adını və tələb olunan məbləği bir bir izahatında yazıb.

Belə ki, ilk təklifi İK şöbəsinin rəisinə edən deklarant şöbə rəisi Bəhruz Məmmədyarov tərəfindən əvvəlcədən razılaşdırılmış formada Namazi Orucova yönləndirilib, Orucov isə qanunsuz yükü buraxmaq üçün göstəriş verib. Daha sonra isə İK şöbə rəisi fikirləri yayındırmaq üçün sistemdəki bəyannaməni ləğv edib.

Qeyd edək ki, Nəmazi Orucov hazırda Karqonun “vəziyyət”inə baxan, Bəhruz Məmmədyarov isə bütün elektron gömrük sistemi əlində olan şəxsdir.

Karqo Terminala Tutulan şəxslər gecə saat 3-ə qədər saxlanılaraq dindirilib və izahatları alınıb.

Məlumatda deyilir ki, işin hələ üzə çıxmayan tərəfləri, həm də gizlədilən əməkdaşları var. 2 ton kosmetik vasitənin icazəsiz buraxdırılmasında əlbirlik içində olan maliyyəçilərin də prosesə cəlb ediləcəyi gözlənilir. Burada adı keçən şəxs maliyyə şöbəsinin rəis müavini Elnur Quliyevdir.

Mənbə qeyd edir ki, rüşvət vermək cəhdi ilə gömrükçülərlə iş birliyinə girən İsmayıl əslində Gömrük İdarəsində mötəbər şöbənin rəisi Ədalət Mehdiyevin bacoğlusdur. Gömrük rəisləri tərəfindən deklaranta etibar edilməsi də onun adı ilə bağlıdır.

Mənbə xəbər verir ki, Elnur Quliyevin və Ədalət Mehdiyevin adlarının çəkilməməsi həmin İdarənin rəhbəri Mehman Sadiqovun tapşırığıdır. Çünki hər iki şəxs Mehman Sadiqovun qohum və yaxınlarıdır. Digər tərəfdən isə karqoda söz sahibi Namazi Orucov Mehman Sadiqovun vuran əlidir.

Mənbə bildirir ki, 4 nəfər iri məmurun və 2 gömrük işçisinin adının keçdiyi bu cür neqativ bir halla üzləşən Mehman Sadiqov İdarə rəisi kimi yeni təyin olunub və sınaq müddətindədir. Həmin 4 məmurun 4ünün də Mehman Sadiqovun yaxın adamları olması və bütün aeroport gömrüyündəki “hörmət”li işlərin onların səlahiyyətinə aid olması şübhələri bütün baş verənləri Mehman Sadiqovun üzərinə çəkdiyi üçün o bu haldan çox narahatdır və Səfər Mehdiyevdən möhkəm qulaqburması alıb. Buna görə də o məsələnin məxfi saxlanması və tədqiqat prosesindəki ona sərf etməyən yazı-pozuların dəyişdirilməsi barədə göstəriş verib.

Maraqlıdır, bu cür bağlantılı bir prosesdən heç bir təqsiri yoxmuş kimi aradan çıxmaq istəyən Aeroport gömrüyü rəhbəri və onun rəhbər şəxslərdən ibarət dəstəsi Gömrük sədrinin göstərişi ilə bu əməliyyatı quran və tədqiqat araşdırmasını aparan gömrük generalı cənab Rəsulovun caynaqlarından qurtara biləgəkmi?!

Qeyd edək ki, Mehman Sadiqov adı qalmaqallarda və qara qura işlərdə hallanan, əvvəlki Tovuz gömrüyünün rəisi, Bəhruz Məmmədyarov isə Sumqayıt Gömrüyünün müavininin oğludur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar