Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göbələk bu halda öldürür... - bunları bilmək lazımdır!

Son iki gündə ard-arda ZaqatalaQaxda zəhərlənmə hadisələri baş verdi. Rəsmi açıqlamalarda hər iki hadisənin göbələklə bağlı olduğu qeyd edildi. Təəssüf ki, Qaxda baş verən zəhərlənmə azyaşlıların ölümü ilə nəticələnib.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov “Yeni Müsavat” a açıqlamasında bildirdi ki, meşədən toplanan göbələklərlə ehtiyatlı davranmaq lazımdır: “Göbələyin zəhərli olub-olmadığını mütəxəssis, yaxud da göbələklərə həqiqətən bələd olan insan anlaya bilər. Göbələyin tərkibində toksinlər varsa, neçə saat bişirilməsindən asılı olmayaraq, onlar parçalanmır. Toksin qana keçdikdə insanı xilas etmək çətindir. Ölüm halları da adətən bu səbəbdən baş verir”.

Medicina.az - Azərbaycanda bir ailə dərmanlı undan zəhərlənib - "Qulaq, burun, ağızlarından qan gəlirdi"

Azər Maqsudov

Mütəxəssisin sözlərinə görə, göbələyin çiy yaxud bişmiş halda, hər hansı zahiri əlamətə görə növünü müəyyən etmək asan deyil: “Yaxşı olar ki, marketlərdə satılan göbələyə üstünlük verilsin. Lakin saxlama müddətinə mütləq baxmaq lazımdır. Buna riayət olunmasa, yaxud bişirildikdən sonra bir neçə gün soyuducuda saxlansa, qida zəhərlənməsi baş verə bilər. Lazımi müdaxilə olunsa, qısa zamanda narahatlıq aradan qaldırıla bilər. Xüsusilə, göbələkdən zəhərlənmə hallarında zamanında müdaxilə mühümdür. İlk mərhələdə mütləq mədə-bağırsaq təmizlənməlidir. Vena daxili lazımi sistemlər qoşulmalıdır. Təəssüf ki, göbələkdən zəhərlənmənin ilk əlamətləri 2-3 sutkadan sonra məlum olur. Mədə-bağırsaqda narahatlıq, qismən hərarət, bəzən ishal və s. ola bilər”.

“Azyaşlı uşaqlara göbələk vermək məsləhət deyil” deyən Maqsudov vurğuladı: “Göbələk çox mürəkkəb zülal məhsuludur. Mədə-bağırsaq çətin həzm edir. Buna görə də heç marketlərdə satılan göbələyi də azyaşlılara vermək tövsiyə olunmur. Eyni zamanda göbələyi düzgün bişirmədikdə, mədə-bağırsaqda hər hansı narahatlıq olduğu halda yeyildikdə zəhərlənmə kimi qəbul edilir. Halbuki, bu, sadəcə göbələyin həzm olunmaması ilə bağlıdır. Ürəkbulanma, qusma kimi əlamətlər bədənin təbii yolla özünü təmizləməsi ilə əlaqədardır. Göbələk yüksək zülallı məhsul kimi ət ilə müqayisə olunur,35-40 faiz əti əvəz edə bilər”.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar