Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gənclər və İdman Nazirliyində qanunsuzluqlar aşkarlandı

Hesablama Palatası tərəfindən Gənclər və İdman Nazirliyi və tabeliyində olan qurumlar (seçmə qaydada) tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının və istifadəsinin auditinin nəticələri məlum olub.

PİA.az APA-ya istinadla xəbər verir ki, audit zamanı məlum olub ki, nazirlik tərəfindən xarici ölkələrdə təlim-məşq toplantıları və müxtəlif yarışlarda, həmçinin Tokio-2020 Olimpiya oyunlarında iştirakla bağlı, eləcə də müvafiq müraciətlər əsasında federasiyalara ayrılmış vəsaitlər üzərində inzibatçılıq demək olar ki, tətbiq edilməyib, vəsaitlərin istifadəsi ilə bağlı hesabatlılıq təmin olunmayıb. Belə ki, bağlanmış müqavilələr çərçivəsində federasiyalar tərəfindən təsdiqedici və əsaslandırıcı sənədlər bəzi hallarda ümumiyyətlə təqdim olunmayıb, bir sıra hallarda isə düzgün tərtib edilməyib, bəzi hallarda isə təqdim edilmiş sənədlər əsaslı olmayıb. Qeyd edilənlər, eyni zamanda Nazirliyin debitor borclarının da məbləğinin artımına təsir göstərib.

Olimpiya və idman komplekslərinin daxilolmalarla bağlı istifadə imkanlarının tam və düzgün reallaşdırılmaması, eləcə də icarə haqlarının aşağı səviyyədə müəyyənləşməsi əlavə gəlirlərin əldə edilməsi imkanlarını məhdudlaşdırmaqla idman komplekslərinin fəaliyyətinin əsasən dövlət büdcəsindən ayrılmış vəsait hesabına təmin edilməsinə səbəb olub.

Gənclər siyasətinin həyata keçirilməsi məqsədilə müxtəlif mövzular üzrə layihələrin və tədbirlərin icrası zamanı ilin sonuna istifadə edilməmiş vəsaitin dövlət büdcəsinə geri qaytarılmaması məqsədilə avans məbləği ilə bağlı tələblərə əməl edilməyib, müqavilə şərtlərinin dəyişdirilməsinə yol verilib, layihələrin və tədbirlərin həyata keçirilməsinə hazırlıq prosesində tələblərin düzgün müəyyənləşdirilməməsi, eləcə də mövcud potensialların dəyərləndirilməməsi əlavə vəsait istifadəsinə şərait yaradıb, bir neçə halda düzgün iddiaçının seçilməməsi layihələr üzrə öhdəliklərin üçüncü tərəfə ötürülməsinə səbəb olub. Nazirlik tərəfindən ictimai birliklər arasında qrant müsabiqələrinin mövzusu olan məsələlərin satınalma müqavilələri vasitəsilə icra edilməsi, o cümlədən ictimai birliklərlə də belə müqavilələr bağlanılması hallarına yol verilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar