Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gənclər və İdman Nazirliyi Anım Günü ilə bağlı tədbirlər keçirib

Gənclər və İdman Nazirliyi Anım Günü ilə bağlı bir sıra tədbirlər keçirib.

Nazirlikdən verilən məlumata görə, əvvəlcə Respublika Stend Atıcılığı üzrə İdman Kompleksində nazir Fərid Qayıbovun iştirakı ilə ağacəkmə aksiyası keçirilib. Nazirliyin kollektivi və atıcılıq idmanı üzrə yığma komanda üzvləri kompleksin həyətində ümumilikdə 100 ağac əkiblər.

Ölkə üzrə isə ümumilikdə Nazirliyin tabeliyində olan 44 idman kompleksi və gənclər evinin ərazisində, şəhidlərin əziz xatirəsinə hörmət əlaməti olaraq, 2 907 ağac əkilib.

Nazirliyin rəhbərliyi və kollektivi, eləcə də gənclər təşkilatlarının və idman ictimaiyyətinin nümayəndələri II Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını ziyarət ediblər. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşərək həlak olmuş qəhrəmanlarımızın məzarları önünə gül-çiçək düzülüb, əziz xatirələri ehtiramla yad edilib.

Anım mərasimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) akt zalında keçirilib. Dövlət Himnimizin səsləndirilməsi ilə başlanan tədbirdə əvvəlcə Vətən müharibəsində canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, ADBTİA-nın rektoru Fuad Hacıyev, Vətən müharibəsi şəhidi Səbuhi Sadıxovun atası Rövşən Sadıxov, Vətən müharibəsi qazisi, ADBTİA-nın magistrantı Elnur Əkbərov və Olimpiya çempionu Namiq Abdullayev çıxış ediblər.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar