Gəncə şəhərində təcili tibbi yardım maşınları qəzaya uğrayıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb. Hərəkətdə olan 2 təcili tibbi yardım maşınının toqquşması nəticəsində 1-i həkim olmaqla, 2 nəfər xəsarət alıb.
Qəzanın başvermə səbəbləri araşdırılır.
pia.az