Gəncə şəhərində mülk üstə düşən mübahisə zamanı dünyasını dəyişən şəxsin ölüm səbəbinin infarkt olduğu məlum olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhərin Bayan küçəsi 110 ünvanında baş vermiş ailə daxili mübahisə zamanı, 1968-ci il təvəllüdlü Əlixan Cəfərov dünyasını dəyişib. Onun qardaşı ilə mübahisə zəminində öldüyü bildirilsə də, aparılan araşdırmalar nəticəsində ürək xəstəsi olan Ə.Cəfərovun həyəcan və əsəbdən infarkt keçirdiyi məlum olub.
Qeyd edək ki, ailədə mülk üstə mübahisə yaşanıb və məhrumun sərxoş olan qardaşı ilə ailə üzvləri arasında mübahisə yaşanıb.
Faktla bağlı araşdırma davam edir.
pia.az