Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncəçayın sağ sahili hansı əsaslarla satılır? Niyazi Bayramov sələfinin yolunu gedir

Gəncənin icra başçısı Niyazi Bayramov da sələfi Elmar Vəliyevin yolunu gedir. Elmar Vəliyev işlədiyi dönəmdə şəhərdə haranı görürdüsə qanunsuz sərəncamlarla satırdı. Şəhərin Kəpəz və Nizami rayonlarının icra başçıları da ona qoşulmuşdular. İndi isə yeni mer şəhərsalma və arxitektura normalarını zorlayaraq bir az da irəli gedib qanunvericiliyin müəyyən tələblərinə riayət etmədən Gəncənin tam mərkəzində, Bayraq Meydanı ilə üzbəüz olan Gəncəçayın sağ sahilini satıb. Çay sahilinin ətrafında bir müddətdir ki, əzəmətli ticarət mərkəzinin tikintisi aparılır.

Demokratik TV-yə şəhər sakinləri bildiriblər ki, çayın sağ sahilində, qorunma zolağında reallaşdırılan tikilinin əsl sahibi Niyazi Bayramovun dostu, eyni zamanda həmkarı, Balakənin hazırki icra başçısı İslam Rzayevdir.

Xatırlatma edək ki, Gəncədə mövcud olan körpülərin təmir-bərpasına, eləcə də Gəncə çayının sağ və sol sahillərində sel və daşqınların qarşısının alınması məqsədilə bəndbərkitmə işlərinə dəfələrlə dövlət vəsaitləri ayrılıb.
Niyazi Bayramov Gəncəyə rəhbər gəlişinin ardından, Prezidentin 19 may 2019-cu il tarixli sərəncamı ilə Gəncəçayın üzərindəki körpülərin bərpasına 6,4 milyon manatın ayrılması da diqqət çəkir.

Maraqlıdır ki, həmin sərəncamdan irəli gələn məsələlərin həllini tam şəkildə reallaşdırmayan, milyonlarla vəsaitin müqabilində hələ də şəhərin yararsız körpü mühitini “qoruyub” saxlayan Niyazi Bayramov necə belə asanlıqla körpünün ətrafını və çay məcrasını tikiliyə qərq edə bilir.

İnanırıq ki, sözügedən məsələ barədə Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi məntiqli açıqlama yaya biləcək…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar