Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gələn il ARDNF-in büdcəsində 2,2 milyard manat kəsir yaranacağı gözlənilir

Gələn il Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirlərinin bu ilin proqnozu ilə müqayisədə 32,4% çox - 10 589,7 milyon manat, büdcə xərclərinin isə bu ilin proqnozu ilə müqayisədə 4,4% çox - 12 789,7 milyon manat olacağı gözlənilir.

PİA.az-ın xəbərinə görə, bu barədə Hesablama Palatasının Fondun gələnilki büdcəsinə verdiyi rəydə bildirilir.

Sənəddə deyilir ki, 2022-ci ildə ARDNF-in gəlirlərinin 8 579 milyon manatını və yaxud 81%-ni neft-qaz satışından əldə olunacaq xalis gəlirlər təşkil edəcək. Bu, 2021-ci ilin proqnozuna nisbətən 33,2% çoxdur. Bundan başqa, Fond akrhesabı ödişlərdən 5,3 milyon manat (27,4% çox), trazitdən 23,3 milyon manat (6,2% çox), bonus ödənişlərindən 765,3 milyon manat (1,4% az), vəsaitinin idarə olunmasından isə 1 216,8 milyon manat (60,2% çox) gəlir əldə edəcək.

Gələn il ARDNF-in xərclərinin isə 12 710 milyon manatını və yaxud 99,4%-ni dövlət büdcəsinə transfertlər təşkil edəcək. Bu, bu ilin proqnozuna nisbətən 4,2% çoxdur. Bundan başqa, Fond "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"na 27,8 milyon manat (35,6% çox), "Ölkə vətəndaşlarının xarici ali təhsil müəssisələrində təhsili üzrə Dövlət Proqramı"na 17,9 milyon manat (bu il olmayıb), idarə edilməsinə isə 34 milyon manat (17,6% çox) xərcləyəcək.

Beləliklə, 2022-ci ildə ARDNF-in büdcəsində 2 200 milyon manat kəsir yaranacaq. Bu, 2021-ci ilin proqnozu ilə eynidir.

Rəydə deyilir ki, Fondun gəlirlərinin əsas mənbəyini təşkil edən Azəri-Çıraq-Günəşli yatağı üzrə növbəti ildə hasilat həcminin cari ilə nisbətən 1,5 milyon barel az nəzərdə tutulması və xam neftin satış qiymətinin 50 ABŞ dolları həcmində müəyyənləşməsi, eyni zamanda hasil olunan qazın satış qiymətinin artması nəticə etibarı ilə valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlərin artımına öz mənfi təsirini göstərməklə yanaşı cari ildə olduğu kimi növbəti ildə də Fondun büdcəsinin kəsirlə proqnozlaşdırılmasına şərait yaradıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar