Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gədəbəydəki qətlin bəzi təfərrüatları məlum olub, saxlanılan var - Yenilənib

Gədəbəydə qadın balta ilə qətlə yetirilib, əri şübhəli bilinir.

Gədəbəy rayonunda 32 yaşlı qadının qətlinin bəzi təfərrüatları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Şəkərbəy kəndində 1990-cı il təvəllüdlü Könül Eyvaz qızı Abdullayeva boyun nayihəsindən balta ilə aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Onun ölümünə səbəb olmaqda şübhəli bilinən isə həyat yoldaşı - 1990-cı il təvəllüdlü Elməddin Mayor oğlu Abdullayevdir. O, polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.

Kənd sakinlərinin "Report"un Qərb bürosuna verdiyi məlumata görə, hadisə ailənin yaşadığı evdə qeydə alınıb. Ailə kənddə sakit bir ailə kimi tanınır. Onlar kənd ərazisində hevyandarlıq və əkinlə məşğul olub.

Ailənin 3 övladı var.

Qeyd edək ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub və faktla bağlı araşdırma davam etdirilir.

***

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, rayonun Şəkərbəy kəndi ərazisində 1990-cı il təvəllüdlü Könül Abdullayevanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1990-cı il təvəllüdlü Elməddin Abdullayevin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək Könül Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda prokurorluq və polis əməkdaşları hadisə yerinin müayinəsini aparırlar.

pia.az 


Etiket: Qətl


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar