Çərşənbə, 28 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Gecələr telefondan istifadə edən uşaqları gözləyən 5 bəla

İnsan bədəninin, beyninin sağlamlığı üçün, gündüzlər özümüzü gümrah və daha güclü hiss edə bilməyimiz üçün gecələr yuxu rejiminə diqqət etmək vacibdir.

Gecələr yataqda və yuxudan əvvəl smartfona baxan, internetdə olan və ya oyunlar oynayan uşaq və yeniyetmələrin beyin, psixologiya və orqanizmində baş verən 7 mənfi dəyişikliyi təqdim edir:

Gecələr qaranlıq otaqda belə smartfon telefonlardan istifadə etsək, beyin bunu gündüz işığı kimi qəbul edir. Və həmin vaxt beyinə siqnal gedir ki, hələ yuxunun vaxtı deyil. Halbuki bədən yorğundur və istirahət tələb edir. Bu ziddiyyətlər üzündən biz yatmağa və oyanmağa çətinlik çəkirik, lakin yeganə problem təkcə bu deyil.

Beyinin neyrotoksiki zəhərlənməsi

Gün ərzində orqanizmində neyrotoksinlər toplanır, biz onlardan uzun yuxu fazası zamanı xilas oluruq. Melatonin və digər hormonların istehsalının pozulması səbəbindən yuxusu dövriyyəsi pozulur, buna görə də gecə boyu narahat və az yatırıq. Bu, bədəndə zəhərlərin yığılmasına, o isə öz növbəsində baş ağrısı, sinir sisteminin pozulmasına və stressə gətirib çıxarır.

Öyrənmək və qavramaqda çətinlik, kütbeyinlik

Daim smartfonun əsirliyində olduğumuz və sosial şəbəkələrdə çox vaxt keçirdiyimiz üçün beyin lazımsız informasiyalarla dolur, bu səbəbdən də yeni məlumatı qavramaq bizim üçün çətin olur. Məsələ ondadır ki, dolu beyin bütün gün ərzində öyrənməyə çalışdığımız təzə məlumatı sadəcə olaraq mənimsəməyə macal tapmır.

Yaddaşın zəifləməsi

Durmadan yeni informasiya qəbul etmək beyini yükləyir. Nəticə etibarı köhnə məlumatları da xatırlamaq bizim üçün çətin və mürəkkəb olur. Bunu bir növ nizamsızlığın hökm sürdüyü paltarlarla dolu şkafa bənzətmək olar. Biz orada lazım olan geyimi tapmaqda çətinlik çəkirik, buna xeyli vaxt və qüvvə sərf etmək lazım gəlir.

Daimi aclıq hissi və piylənmə

Yuxunun və ardınca melatonin pozulması, istirahət vaxtının azaldılması daxili orqanlarının fəaliyyətinin pozulmasına səbəb olur. Məsələn, bağırsaq və mədə. Beyin oyaq bədən isə yorğun olduğu üçün beyinə əlavə enerji zəruriliyi barədə siqnal göndərilir. Biz nəsə yeməyə ehtiyac hiss edirik, halbuki belə olmamalıdır. Bu, həzmlə bağlı böyük problemlərə gətirib çıxara bilər.

Görmə qabiliyyətinin zəifləməsi

Televizor, planşet və smartfonların göy işığı gözlərin tor qişasına təsir göstərir və ona ziyan vurur. Bu zaman təkcə gözlərin quruluşu deyil, həm də əsəb qıcıqlanır. Nəticəni isə bu cümlə çox dəqiq ifadə edir: "Ah, gözlərim yorulub".

Alimlər apardığı araşdırmada müəyyən ediblər ki, qadjetlərlə (Smartfon, pleyer, planşet kompüterlər) heç olmasa yatmazdan 2 saat qalmış sağollaşmaq lazımdır. Bu zaman beyin başa düşür ki, gecə vaxtıdır, sizi keyfiyyətli və sağlam yuxuya hazırlaşdırır.(Medicina.az )

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

BDU-da baş verən qanlı insidentlə bağlı ilginc təfərrüat

"Maşın bazarı"nda özünü partladan kişinin kimliyi müəyyən olundu - Yenilənib, Video

DTX-dan əməliyyat: Silahlı Qüvvələrin bölmə rəisi həbs edildi

Rövşən Əkbərovu qətldən sonra Kiyevdən qaçıran vəzifəli şəxs kimdir?

"Anna Akopyan Bakıdan gələn qara kürü yeyir" - Foto

Vaksinasiya ilə bağlı qəbul edilən yeni qadağalar... - Bu qaydalar könüllülüyə və konsitutsion hüquqlara zidd deyilmi?..

Xalq artisti: "Bir qızım məmur, o biri diplomatdır, digəri isə həkimdir"

Nəzakət Mehdiyevanın səsini yayan müəllimə işdən çıxarıldı: “İtirəcək heç nəyim yoxdur”

Əbülfəs Qarayev xaricə getmək istəyərkən hava limanından geri qaytarılıb

“Həbs olunan narkotik satanlar pul verərək azad olunurlar” – Aslan İsmayılov

Ən çox oxunanalar