Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

G7 ölkələrindən Rusiyaya xəbərdarlıq

G7 Ukraynanın işğal olunan ərazilərinin Rusiyaya birləşdirilməsi ilə bağlı "referendum"u tanımır...

"G-7"yə daxil olan dövlətlər Ukraynanın işğal olunan ərazilərinin Rusiyaya birləşdirilməsi ilə bağlı keçirilən “referendum”u tanımır. "Report" xəbər verir ki, məlumatı "Ukrinform" yayıb.

Qeyd olunub ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 77-ci sessiya çərçivəsində "G-7"yə daxil olan ölkələrin xarici işlər nazirlərinin görüşünün yekununa dair açıqlamasında bildirib.

Məlumata görə, qrupun xarici işlər nazirləri və Avropa İttifaqının Ali Nümayəndəsi Rusiyanın müvəqqəti olaraq nəzarətində olan Ukraynanın suveren ərazisində saxta referendum keçirmək iddiasını kəskin şəkildə pisləyib:

"Rusiyanın hərbi mövcudluğu, hədə-qorxu və məcburi deportasiya şəraitində keçirilən istənilən "referendum" azad və ədalətli ola bilməz".

Qeyd edək ki, sentyabrın 23-dən işğal altında olan Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsinə dair "referendum" başlayıb və sentyabrın 27-dək davam edəcək.

Xatırladaq ki, "G"liyə ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Kanada, Yaponiya və İtaliya daxildir.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar