Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Füzuli aeroportu hərbi məqsədlər üçün istifadə edilə bilər?

Füzuli Beynəlxalq Hava Limanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbayan Prezidenti İlham Əliyevin iştirakı ilə təntənəli surətdə açıldı. Xüsusilə açılışa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gəlməsi hava limanının həm türk dünyası, həm də region üçün nə dərəcədə əhəmiyyətli olduğunu bir daha sübut etdi.

Füzuli hava limanı bütövlükdə Qarabağın bərpası, gələcək perspektivdə isə regiona investisiya, turistlərin cəlb edilməsi baxımdan vacibdir. Lakin təkcə humanitar, iqtisadi, siyasi baxımdan deyil, hərbi baxımdan da Füzuli aeroportu kifayət qədər strateji əhəmiyyətə malikdir.

Məsələ ondadır ki, Füzuli Hava Limanından hərbi məqsədlər üçün də istifadə edilə bilər. Nəzər almaq lazımdır ki, hava limanında hələ əlavə işlər görüləcək və yeni uçuş zolaqları əlavə ediləcək. Bu uçuş zolaqları niyə məhz hərbi təyyarələr üçün nəzərdə tutulmasın?

Digər bir nüans da Azərbaycanın uzun müddətdir hərbi hava qüvvələrini yeniləmək, islahatlar aparmaq istəyidir. Bu istiqamətdə yaxın aylarda hərbi hava qüvvələrinə yeni döyüş təyyarələri alına bilər. Füzuli hava limanının istifadəyə verilməsi və hərbi hava qüvvələrinə yeni döyüş təyyarələrinin alınması onu deməyə əsas verir ki, Füzuli hava limanının hərbi məqsədlər üçün istifadə edilməsi planlaşdırılır.

Prinsip etibarilə bu mümkündür. Dünya təcrübəsində də belə nümunələr var. Türkiyənin müxtəlif bölgələrində yerləşən hava limanlarında xüsusilə hərbi helikopterlər və döyüş təyyarələri üçün yerlər var. Bu hava limanının təhlükəsizliyi ilə yanaşı, ölkənin müxtəlif regionlarına və ölkə daxili hərbi əməliyyatlarda hava dəstəyi təmin etməyə imkan yaradır. Füzuli aeroportunda da bunu etmək olar. Nəzər alsaq ki, yekun sülh müqaviləsi hələ ki, imzalanmayıb və Qarabağda sepratçılar var. Bu hələ bir müddət regionda gərginliyin artma ehtimalını aktual olaraq saxlayır. Gələcəkdə baş verə biləcək ehtimal erməni təxribatına qarşı Füzuli aeroportundan həm də hərbi məqsədlər üçün istifadə etmək lazımddır.

Füzuli aeroportunun hərbi məqsədlər üçün istifadə edilməsini zəruri edən bir digər məsələ də Şuşadır. Belə ki, hava limanı ilə Şuşa arasında cəmi 100 kilometr məsafə var. Bu, gələcəkdə Şuşaya ediləcək istənilən hərbi təxribatın qarşısını almaq üçün ideal məsafədir. Yəni Füzuli hava limanından qalxan döyüş təyyarələri Ermənistanın və separatçıların ehtimal təhdidlərininin qarşısını vaxtında ala bilər. Bu, həm də Azərbaycan Ordusunun Qarabağda manevr imkanlarını gücləndirir.

Füzuli hava limanının hərbi məqsədlər üçün istifadə edilməsi həm də Rusiya sülhməramlılarına nəzarət baxımından vacibdir. Məsələ ondadır ki, hazırda Rusiya Müdafiə Nazirliyi Qarabağa yükü Ermənistan üzərindən daşıyır. Bu isə öz növbəsində həmin yüklərin tərkibi, nə məqsədlə aparılması kimi problemlər yaradır. Yüklər Füzuli hava limanından da daşına bilər. Hətta bu Kremldən tələb edilməlidir. Azərbaycan ərazisinə yüklər Azərbaycan ərazisindən aparılmalıdır. Bu zaman Azərbaycan Füzuli Hava Limanından ermənilərin yaşadığı əraziyə daşınan yüklərə nəzarət imkanı əldə edə biləcək”.

Politoloq Turan Abbasov

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar