Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Futbolu məhv edən Elxan Məmmədov Prezidentlə poz verir” - Aslan Ismayilov

Azərbaycan futbolu rəzil durumda, AFFA isə bəh-bəhlə islahatlardan, futbolun inkişafından danışır”.

Tanınmış hüquqşünas Aslan İsmayılov Azərbaycan futbolunun ağır durumundan yazıb.

PİA.az xəbər verir ki, hüquqşünas sosial şəbəkədə oxucularına təqdim etdiyi yazısında futbolumuzun “rəzil” duruma düşməsinə görə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse-prezidenti Elxan Məmmədovu ittiham edir:

“4 il bundan əvvəl haqqımda ard-arda cinayət işləri qaldırılanda, qondarma mülki icraatlar başlayanda hesab edirdim ki, həyatımın ən çətin anlarıdır. Bu Xalqın müqəddəs nəyi varsa məhv etməyə çalışan cütlük (R.Mehdiyev – Ə.Həsənov) vəzifələrindən azad ediləndən, xüsusən Vətən Müharibəsindəki qələbədən sonra hesab etdim ki, nəhayət ki, rahat günlərim başlayacaq.

Əksinə oldu. Səmimi deyirəm ki, bu günlər daha ağır mənəvi-psixoloji durumdayam. Bir tərəfdən ümidlərimin puç olduğunu görürəm, digər tərəfdən mənim xoş niyyətlə insanları gələcəyə nikbin ruha kökləmək istəyimin kimlərəsə yarınmaq kimi qələmə verənlərin yazılarını oxuyuram və düşünürəm ki, bəlkə son illər susan ziyalılar elə düz edirlər. Sakit dayanıb ətraflarında baş verən faciələri seyr edib bacardıqca şəxsi maraqlarını təmin edirlər.

Nə üçün ümidlərimin puç olduğundan yazdım. Ona görə ki, hesab edirdim ki, hakimiyyətin elan etdiyi islahatlar nəhayət ki, ölkədə ədaləti az da olsa bərqərar edəcək. Görünən isə odur ki, islahat adı altında imitasiya gedir. İslahat komandası adlandırdığım gənc kadrlar elə hoqqalardan çıxırlar ki, keçmişlərin ağlına da gəlməzdi. Elə son günlər Azərbaycan futbolunu bərbad edən AFFA-nın fəaliyyətinə bir balaca fikir verəndə dediklərimin şahidi olar. Azərbaycan futbolu rəzil durumda, AFFA isə bəh-bəhlə islahatlardan, futbolun inkişafından danışır.

Yığma komandası Mozambikdən sonra 137-ci yerdə olanlar Şamaxıda açdıqları futbol meydançasını inkişaf kimi sırıyır, futbolu məhv edən Elxan Məmmədov Prezidentlə poz verir, dünənə qədər “Şəfa”, “İnter”, sonra isə “Keşlə” kimi fəaliyyət göstərən komandanın adını yenidən dəyişib Bakıdan Şamaxıya aparıb adını “regionlarda futbolun inkişafı” qoyurlar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar