Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fuad İsmayılov: “Regionlarda ən azı üç psixoloq fəaliyyət göstərməlidir”

İş həcminin artması əlavə psixiatr, klinik psixoloq və sosial işçi ştatına ehtiyac yaradır.

Bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov bildirib.

F.İsmayılov qeyd edib ki, Mərkəzimizdə olduqca yaxşı mütəxəssislər çalışır. Onların bir çoxu Harvard, Liverpul, Sarbonna, Yenn, Lissabon və digər dünyanın aparıcı universitetlərində təhsil alıb. Belə təhsil diaqnostik və müalicə fəaliyyətinin yüksək keyfiyyəti deməkdir. Lakin bu hal müəyyən çətinliklər də yaradır:

“Məsələ ondadır ki, bir çox dövlət müəssisələri bizim rəyimizə etibar edərək pasiyentləri təkrar müayinə və ya diaqnozun təsdiqlənməsi üçün Mərkəzimizə yönləndirirlər. Bir tərəfdən biz təbii ki, belə münasibəti yüksək qiymətləndiririk. Lakin digər tərəfdən bu hal mütəxəssislərimizin onsuz da ağır iş yükünü bir qədər də artırır. Bu zaman mütəxəssislər məcburdur ki, vaxtının çoxunu müayinə prosesinə deyil, kağız işinə sərf etsin. Bundan əlavə, iş həcminin artması əlavə psixiatr, klinik psixoloq və sosial işçi ştatına ehtiyac yaradır. Bu mütəxəssislərin bir çoxu uşaq və yeniyetmələrə yardım göstərdiyi üçün onlar hərbçilərə yardım işinə cəlb edilə bilməz.

Kadr təminatından bəhs etdikdə regional psixoloji yardım mərkəzlərinə mütəxəssislərin qəbulunun necə həyata keçirilməsi məsələsi bizi narahat edir. Regionlarda ən azı 2-3 psixoloq fəaliyyət göstərməlidir. Heç kim üçün sirr deyil ki, Bakıdan fərqli olaraq regionlarda belə mütəxəssislərin çatışmazlığı ola bilər. Fikrimcə regional psixoloji yardım mərkəzlərində işləməyə razı olan psixoloqlar üçün magistratura pilləsində ödənişsiz əsaslarla klinik psixologiya yerlərinin təqdim edilməsi yolu ilə bu məsələni həll etmək olardı. Bununla onların işə cəlb edilməsi üçün əlavə stimul yaranacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar