Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FTB təhlükəli erməni qanqsterin telefonlarını dinlədi, Azərbaycanla əlaqələrini aşkarladı

Qafqaz milləti”indən olan “idarəolunmaz qanqster” Nyu-Yorkun Bruklin kvartalını terrorizə edib və iyulun əvvəllərində Vernon C. Bain təcridxanasından təhlükəli cinayətkarın qaçmasına yardım göstərib. Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ prokurorluğunun Bruklin Federal Məhkəməsinə təqdim etdiyi sənədlərdə deyilir.

Həmin təhlükəli qanqster-milliyətcə erməni olan Roman Nikoqosyanın telefonu Federal Təhqiqatlar Bürosu tərəfindən dinlənilib və onun iyulun 10-da təcridxanadan qaçmış 30 yaşlı David Morduxayevlə əlaqəsinin olduğu üzə çıxıb. Qeydə alınmış telefon danışıqlarına əsasən Morduxayev təcridxanadan Nikoqosyana zəng vurur, ona bildirir ki, kamerasından kəndirlə beşinci mərtəbəyə qalxıb. Sonra o, Hants-Point yaxınlığında suya tullanıb və Nikoqosyanın göndərdiyi qayıqla üzərək aradan çıxıb.

“Mən bu gün az qala öləcəkdim”,-məhkəməyə təqdim edilmiş telefon danışığı qeydlərində Morduxayev Nikoqosyana deyir.

Prokurorluq bildirir ki, Nikoqosyan əslən qafqazlılardan təşkil edilmiş bandanın yüksək rütbəli mənsubudur. Onun telefon danışıqlarının dinlənilməsi zamanı məlum olub ki, Morduxayev təcridxanadan qaçandan sonra Nikoqosyan öz rəfiqəsinə onu avtomobili ilə Kaliforniyaya aparmağı tapşırıb. Nikoqosyan habelə Kaliforniyada yaşayan anasına zəng vurub və ona deyib ki, Morduxayevə evdə qalmağa imkan yaratsın. Habelə Nikoqosyan kriminal “obşak”dan Morduxayevə pul göndərəcəyini də deyib.

Telefon danışıqlarının dinlənilməsi sayəsində Morduxayev Nikoqosyanın anasının mənzilinə çatmadan həbs olunub və həbsxanaya geri qaytarılıb. “Əqrəb” ləqəbli Morduxayev ötən il özünü polis əməkdaşı kimi təqdim etməklə iki cinayət ortağı ilə birlikdə soyğunçuluq törətdiyi üçün həbs edilmişdi.

Polis Nikoqosyanın özünü də los-Ancelesdə həbs edib. Ona qarşı irəli sürülən ittihamlardan birinə əsasən erməni qanqster marixuana təchizatından imtina edən tərəfdaşına fiziki divan tutmaqla hədələyib. Və ondan hədə-qorxu ilə 10 min dollar alıb.

Telefon danışıqlarının izlənilməsi nəticəsində digər epizodlar da üzə çıxıb və Nikoqosyanın aid olduğu zorakı bandanın Ermənistanda, Özbəkistanda, Rusiyanın cənubunda və Azərbaycanda köklərinin olduğu bəlli olub.

Prokurorluq bildirir ki, Nikoqosyanın mənsub olduğu banda zorakı hücumlar, divantutma və reketlik yolu ilə xərac toplama işləri ilə məşğul olublar. Epizodlardan birində Nikoqosyan hansısa qaradəriliyə işgəncə verməsi qeydə alınıb. O, banda üzvlərindən birinə zəng vuraraq deyir: “Biz onu elə indi öldürürük. Sən ölürsən, neqr!” (virtualaz.org)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar