Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FTB: Əl-Qaidə və İŞİD ABŞ-da irimiqyaslı terror aktları həyata keçirmək istəyir

Əl-Qaidə və İŞİD terror qrupları hələ də ABŞ-da irimiqyaslı terror aktları həyata keçirməyə və ya həmfikir insanlarını buna təhrik etməyə çalışır.

Bunu ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey bildirib.

FTB rəhbəri qeyd edib ki, genişmiqyaslı hücumlar etmək niyyətlərini heç vaxt bildirməyən Əl-Qaidə və İŞİD kimi xarici terror təşkilatlarının potensial təhdidləri daim tərəflərindən izlənilir.

K.Rey ötən ay Kabildə törədilən terror aktında 13 amerikalı əsgər daxil olmaqla, təxminən 200 adamın öldüyünü xatırladıb: “İŞİD həm daxildə ABŞ-a qarşı, həm də xaricdə müttəfiqlərimizə qarşı mübarizəni davam etdirir. Əl-Qaidə Şərqi və Qərbi Afrika bölgələrində ABŞ və digər qərb ölkələrinin maraqlarına qarşı genişmiqyaslı hücumlar həyata keçirməyə və digərlərini buna təhrik etməyə sadiqdir. Son bir il ərzində Əl-Qaidə liderlərinin təbliğatı ABŞ və digər Qərb ölkələrinə hücumlar etmək üçün ayrı-ayrı insanları hədəf almaqda davam etdi”.(apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar