Bazar ertəsi, 02 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Fransızların “44 günlük müharibə” xəcaləti - Onların ağrısı ermənilərinkindən də dəhşətli olub

Tarixdə baş verən hadisələr ayrı-ayrı xalqlar üçün hansısa bir rəqəmi əbədiləşdirir. Məsələn, 2020-ci ildə 44 rəqəmi Azərbaycan xalqının tarixinə silinməz izlərlə həkk olundu. 44 gün ərzində müzəffər Azərbaycan ordusu torpaqlarımızı erməni işğalçılarından azad etdi.

Amma rəqəmlər həmişə və hamı üçün qələbə soraqlı olmur. 44 Azərbaycan üçün nə qədər qürurverici bir rəqəmdirsə, ermənilər üçün də bir o qədər məyusedicidir. Bu rəqəm elə fransızlar üçün də olduqca ağrılıdır. Bəlkə də bu səbəbdən fransızlar ermənilərin halına acıyırlar, onları daha yaxşı anlayırlar və dəstək verməyə cəhd edirlər.

II dünya müharibəsində Almaniya Fransanı cəmisi 44 günə (1940-cı il 10 may-24 iyun) işğal edib. Ərazisinin beşdə üç hissəsi almanların nəzarətinə keçdikdən sonra fransızlar təslim olduqlarını bəyan ediblər və kapitulyasiya aktına imza atmağa hazır olduqlarını bildiriblər.

44 gün fransızlara baha başa gəlib. Hitler fransızlara qarşı xüsusi və fərqli, bir az da alçaldıcı amansızlıqla yanaşıb. Fürer kapitulyasiya aktının imzalanması mərasimində şəxsən iştirak edib və göstəriş verib ki, akt 1918-ci ilin noyabrın 11-də Almaniyanın kapitulyasiya aktına imza atdığı “Kompeyn vaqonu”nda imzalanmalıdır. Fürerinn əmri ilə həmin vaqon muzeydən elə həmin məkana, Kompeyn meşəsinə gətirilib. Kapitulyasiya aktı imzalandıqdan sonra isə həmin vaqon Berlinin küçələrində nasist Almaniyanın müharibə uğuru kimi nümayiş etdirilib.

44 günün fransızlar üçün ən böyük ağrılarından biri də fransız qadınları ilə bağlı olub. Bunu fransızların özləri də rəsmi etiraf ediblər. Belə ki, 20 mindən artıq fransız qadını almanlarla əməkdaşlıqda ittiham olunub. Alman hərbçiləri ilə fransız qadınlarının münasibətləri təkcə “əməkdaşlıq”la bitməyib.

İşğal dövründə təkcə Parisdə 31 fahişəxana almanlara xidmət edib. Şəhərdə 5 mindən artıq fahişə müddətli şəkildə alman zabitlərinin ixtiyarında olub, onları əyləndirməklə məşğul olublar. Ümumilikdə 100 minə yaxın fransız qadını öz bədənlərini almanlara satıb.

Fransa işğaldan azad olunduqdan sonra almanlarla yaxınlıq edən qadınlar fərqli bir şəkildə cəzalandırılıblar. Onları evlərindən çıxararaq minlərlə insanın, həmçinin öz doğmalarının, ailə üzvlərinin gözü qarşısında başlarını qırxıblar, bəzi hallarda isə paltarlarını çıraraq alçaldıblar.

Bu cür cəza tədbiri Fransada böyük səs-küyə səbəb olub. Bəzi qadınlar özlərini doğrultmaq, cəzadan yayınmaq üçün həkimdən bakirə olmaları haqqında arayışları özləri ilə gəzdiriblər. Bu arayışların çoxu tanışlıqla alınan saxta sənədlər olub.

Başqırxma cəzasından sonra Fransada pariklərə, qadın şlyapalarına tələbat kəskin surətdə artıb ki, bu da qiymətlərin qalxmasına səbəb olub.

Fürerin Fransa ilə bağlı digər bir qərarı fransızlardan işçi qüvvəsi kimi istifadə etmək olub. Bu qərara əsasən Almaniya bir fransız hərbi əsirini üç fransız mütəxəssisi ilə dəyişib və onlar Almaniyada zavod və fabriklərdə, sənaye müəssisələrində işləyiblər.

Qeyd edək ki, Vermaxt qoşunları 1940-cı ildə 1 milyon 600 min Fransa hərbçisini əsir götürüb.

Hitler canlı qüvvə ilə yanaşı Fransanın ehtiyat anbarlarındakı məhsulları, tikinti materiallarını, ərzaq məhsullarını, texniki avadanlıqları da Almaniyaya daşıtdırıb, Fransa parfümü Almaniyada populyarlaşıb, Fransada olan minlərlə sənət əsəri III Reyx rəhbərlərinin, şəxsən fürerin kolleksiyalarını zənginləşdirib, onların bir hissəsi isə xarici ölkələrə böyük qiymətlərə satılıb.

II dünya müharibəsinin araşdırmaçıları, hərbi ekspertlər, o cümlədən sonralar Almaniyanın siyasi rəhbərliyinə gələnlər də Hitlerin Fransaya qarşı qəddarlığını xüsusilə vurğulayıblar. Almanlar 44 günlük hərbi əməliyyatlardan sonra özlərini Fransada ev sahibi kimi aparıblar, hətta bu ölkənin münbit torpaqlarını da öz aralarında bölüşdürüblər.

Fransanın işğalı Hitlerə xüsusi zövq, güc və ilham verib. Fürer növbəti hədəfini, SSRİ-ni də asanlıqla işğal edəcəyini düşünüb. Amma sovet vətəndaşları, SSRİ rəhbərliyi bütün çətinliklərə baxmayaraq, təslim olmayıblar. Hətta SSRİ-nin 900 gün mühasirədə qalan şimal paytaxtı Leninqrad Parisdən fərqli olaraq sonsuz dözüm və iradə nümayiş etdirib.

Bu və digər faktlardan göründüyü kimi, faşistlər fransızlara böyük amansızlıqla zülm ediblər. Bu məqamda adamı təəccüləndirən fakt isə odur ki, faşist zülmü görən Fransa faşist ideyalarının daşıyıcısı olan Ermənistana qahmar çıxır. Sözsüz ki, söhbət bütün fransızlardan getmir. Hər halda bu məsələdə tarixçilərin üzərinə bir vəzifə düşür, fransızlara 44 rəqəmini xatırlatmaq vəzifəsi...

İlham Cəmiloğlu (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Kremlin təlxəyi Jirinovskinin son açıqlaması - Moskva Azərbaycana hansı mesajı yollayır?..

İntizam komissiyası polisi döyən deputatla bağlı qərar verdi

Bakıda təhlükəli vəziyyət: Bu binalar hər an uça bilər - Video

Vaqif Axundovun həbs olunan bacısı oğlu azadlığa çıxdı

Bakıda saxta vaksin sənədi verən şəxslər saxlanıldı - Video

Tağı Əhmədov ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Bakıda görünməyən gecə həyatı: Ərəb turistlər, klub qadınları, qəlyan - Video

Zülfüqarovdan Jirinovskiyə reaksiya: "Klounu iqnor etmk lazımdır"

“Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? – Detallar

Türkiyənin daha bir bölgəsində də yanğın başladı

Ən çox oxunanalar