Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransanın iki illik missiya oyunu... Paris İrəvanın vasitəsilə Cənubi Qafqaza yerləşə biləcək?

Qərb dövlətləri tərəfindən məhz iki illik missiyanın göndərilməsi Fransanın müxtəlif vasitələrlə Qafqazı öz nüfuz dairəsinə almaq siyasəti kimi qəbul edilə bilərmi?...

Siyasi-şərhçi: “İki illik missiyanın göndərilməsi təkcə Fransanın Qafqazı nüfuz dairəsinə daxil etmək niyyət kimi qəbul olunmamalıdır, burada ittifaqın öncül ölkələrinin hər birinin niyyəti açıq şəkildə görünür”.

“Fransanın Qafqazda nüfuz qazanmaq imkanları hazırkı vəziyyətdə sıfırın altındadır. Çünki region konkret nüfuz dairələrinə bölünüb”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı Fransanın Qafqaza yerləşmək niyyətini PİA.az-a şərh edərkən qeyd edib.

Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhəddinə iki illik missiya göndərməsi ilə bağlı qərar qəbul etməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Eyni zamanda Qərb dövlətləri tərəfindən məhz iki illik missiyanın göndərilməsi Fransanın müxtəlif vasitələrlə Qafqazı öz nüfuz dairəsinə almaq siyasəti kimi qəbul edilə bilərmi? Ümumiyyətlə Fransanln Ermənistan vasitəsi ilə Cənubi Qafqazda uğur qazanması ehtimanlnı necə dəyərləndirmək olar?

Qərb dövlətlərinin Qafqaz planını PİA.az-ın əməkdaşı siyasi şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “Onlar Rusiya ilə təkcə Ukraynada vuruşmurlar, həm də Qafqaz nüfuz savaşı aparırlar”.

Avropa ölkələrinin bu regionda nüfuz savaşlarının mayın 14-də Türkiyədə keçiriləcək prezident seçkiləri ilə daha da güclənəcəyini proqnoz edən siyasi-şərhçi PİA.az-a bildirib ki, hər birimiz bu seçkilərin qalibinin Ərdoğanın iqtidarı olmasını arzulamalıdır:

“Öncəliklə bu sualın cavabı beynəlxalq hüququn böyük dövlətlər tərəfindən çeynənilçəsi ilə bağlıdır. Ümumiyyətlə bu gün dünya problemlərinin əsas mənbəyi böyük dövlətlərin beynəlxalq güquqlarla öz maraqları çərçivəsində davranmalarıdır. Bu BMT-nin faəliyyətində də özübü açıq şəkildə göstərir. Bu üzdən də günün sualı əslində budur: Beynəlxalq hüquq varmı?

Azərbaycan torpaqlarının işğalı ilə bağlı BMT-nin dörd qətnaməsinin yerinə yetirilmədiyi beynəlxalq aləmdən ədalət gözləməyə dəyməz. 39 il müddətində dəhşətli işğal faktları qarşısında susanlar indi ermənilərdən ötrü az qala intihar səviyyəsinə çatıblar.

İki illik missiyanın göndərilməsi təkcə Fransanın Qafqazı nüfuz dairəsinə daxil etmək niyyət kimi qəbul olunmamalıdır, burada ittifaqın öncül ölkələrinin hər birinin niyyəti açıq şəkildə görünür. Onlar Rusiya ilə təkcə Ukraynada vuruşmurlar, həm də Qafqaz nüfuz savaşı aparırlar.

Burada bir ölkəni də qəti unutmaq olmaz. O da günü-gündən güclənən, dünyada söz sahibinə çevrilən qardaş Türkiyədir. II Qarabağ savaşı ilə Türkiyəmiz Qafqazın iki söz sahibindən biridir. Düşünürəm ki, Avropa ölkələrinin bu regionda nüfuz savaşları mayın 14-də Türkiyədə keçiriləcək prezident seçkiləri ilə daha da güclənəcək. Hər birimiz arzu etməliyik ki, bu seçkilərin qalibi Ərdoğan iqtidarı olsun. Onun qalibiyyəti təkcə Türkiyə üçün deyil, türk dünyası, ən çox da Azərbaycanın qələbəsidir. Eyni zamanda, Qafqazda nüfuz qazanmaq eşqinə düşən Fransa kimi güclərin burunlarının ovulmasıdır.

Cavanşir Abbaslı: “Avropanın çox təəssüflər olsun ki, əsas öndə olan ölkələrindən biri də Ermənistanın əzəli və əbədi “bacısı” Fransadır”.

Onu da qeyd edim ki, Fransanın Qafqazda nüfuz qazanmaq imkanları hazırkı vəziyyətdə sıfırın altındadır. Çünki region konkret nüfuz dairələrinə çevrilib. Amma gələcək baxımından qəti şəkildə nikbin danışmaq mümkün deyil. Burada Rusiya-Ukrayna savaşından çox şey asılıdır. Bunun üzərinə Türkiyə mayın 14-də eyni gündə keçiriləcək prezident və parlament seçkilərini də əlavə etmək olar.

Təbii ki, azacıq olsa da, İran faktorunu gözardı etmək olmaz. Proseslərin gedişini gözləyək. Ortada reallıq var. O da onunla bağlıdır ki, Avropanın çox təəssüflər olsun ki, əsas öndə olan ölkələrindən biri də Ermənistanın əzəli və əbədi “bacısı” Fransadır. Bu ölkə də dünyanın hər yerində nüfuz qazanmaq istər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar