Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa və Almaniya Ukraynanın Rusiya üzərində qələbə çalmasından qorxurlar... - Səbəb?

Anqlosakslarla Fransa-Almaniya cütlüyü arasında geosiayasi fikir ayrlıqları hansı səviyyədə qədər yüksələ bilər? - Sülhəddin Əkbərdən şərh

Siyasi-şərhçi: “Düşünürəm ki, indiki şəraitdə ABŞ NATO-nu qloballaşdırmaya çalışacaq. Əgər bu alınmayacaqsa, onda regional təhlükəsizlik sistemləri gücləndiriləcək. Bu isə ABŞ-ın birqütblü dünya sisteminin sarsılması demək olar”.

“Qarşıdan NATO-nun yeni sammiti gəlir. Bu sammitdə NATO-nun yeni strateji konsepsiyası qəbul olunacaq. Böyük ehtimalla burada Rusiya və Çin əsas hədəflər olaraq aydın şəkildə göstəriləcək”.

Bu sözləri siyasi-şərhçi Sülhəddin Əkbər Fransa və Almaniyanın Ukraynanın Rusiya üzərində qələbə çalmasından narahat olmalarını PİA.az-a şərh edərkən qeyd edib.

Bəzi analitiklər hesab edirlər ki, Fransa və Almaniya Ukraynanın Rusiya üzərində qələbə çalmasından qorxurlar. Buna səbəb isə bu qələbənin beynəlxalq münasibətlərin və Avropa təhlükəsizlik sisteminin tamamilə dəyişməsinin qaçınılmazlığıdır. Fransa və Almaniya ehtiyat edir ki, Ukraynanın Rusiya üzərində qələbəsi ABŞBritaniyanın Avropada dominantlığını təmin edəcək.

Bu iddialara nə qədər haqq vermək olar və anqlosakslarla Fransa-Almaniya cütlüyü arasında geosiayasi fikir ayrlıqları yeni qütbləşmə səviyyəsinə qədər inkişaf edə bilərmi?

Avropa təhlükəsizlik sisteminin tamamilə dəyişməsi iddiasını PİA.az-ın əməkdaşı Azad Demokratlar Partiyasının sədri, siyasi-şərhçi Sülhəddin Əkbər ilə müzakirə edib.

Sülhəddin Əkbər: “Necə ki, ümumi Rusiya təhlükəsi var və bu təhlükə aktual, kəskin şəkildə bütün kollektiv Qərbi təhdid edir, Fransa və Almaniyanı narahat edən məsələlər arxa planda saxlanılacaq”.

ABŞ-ın NATO-nu qloballaşdırmaya çalışacağını düşünən siyasi-şərhçi PİA.az-a bildirib ki, əgər bu alınmayacaqsa, onda regional təhlükəsizlik sistemləri gücləndiriləcək:

“Mənə elə gəlir ki, ümumi təhlükə bütün ümumi Qərbi birləşdirir. Göründüyü kimi Rusiyanın Ukraynaya təcavüzü bütövlükdə qaydalara əsaslanan dünya düzənini pozması, meydan oxuması, bütün kollektiv Qərbi birləşdirib. Görünən prespektivdə Ukraynanın Rusiya üzərində qələbəsinin ABŞBritaniyanın Avropada dominantlığını təmin edəcəyini düşünmürəm.

Təbii ki, maraqlarda fərqliliklər, differensial fərqli yanaşmalar var. Kontinental Avropa ilə adalar arasında, yəni Böyük Britaniya arasında, ABŞAvropa arasında, bəzən hətta ABŞ və Böyük Britaniya arasında da fikir ayrılıqları ola bilir. Amma hələlik bu fikir ayrılıqları ümumi təhlükə qarşısında arxa planda olduğunu düşünürəm.

Ola bilsin ki, Paris və Berlində geosiyasi təhlükəsizlik sisteminin sürətlə dəyişməsi ilə bağlı müəyyən narahatlıqlar var və mən bunu da təbii qəbul edirəm. Çünki heç kimə sirr deyil ki, fevralın 24-də Ukraynaya hərbi təcavüz edən Rusiya mövcud təhlükəsilik sisteminə ağır zərbə vurdu və indi dünya qlobal dəyişmə prosesi içindədir. Müharibədən sonra geosiyasi mənzərənin necə olacağını da detallı olaraq indidən proqnozlaşdırmq mümkün deyil. Bunu ancaq ümumi konturlar üzəriundə ehtiçallaşdırmaq olar. Çünki müharibənin hansı şərtlərdə bitəcəyi həllə mübahisəlidir. Rusiya kimi nəhəng bir coğrafiyada isə hakimiyyət və avtoritet boşluğunun yaranması ehtimalı bir çoxlarını qorxudur. Bu da təbiidir, çünki dünya və Avropanın təhlükəsizliyi daha böyük kataklizmlarla üzləşə bilər.

Bildiyimiz kimi qarşıdan NATO-nun yeni sammiti gəlir. Bu sammitdə NATO-nun yeni strateji konsepsiyası qəbul olunacaq. Böyük ehtimalla burada Rusiya və Çin əsas hədəflər olaraq aydın şəkildə göstəriləcək. Bundan sonra nəinki NATO avroatlantik münasibətləri gücləndirəcək, düşünürəm ki, bütün demokratik dünyanın təhlükəsizlik sistemi möhkəmləndiriləcək.

Sülhəddin Əkbər: “Avropada ABŞ-ın və Britaniyanın olmadığı təhlükəsizlik sistemi Fransanı avtomatik lider halına gətirir. Lakin bu təhlükəsizlik sistemi digər regional güclərin formalaşdırdığı təhlükəsizlik sistemlərinə qarşı nə qədər effektli olacaq?”.

Məlumdur ki, indi demokratik dünyanın təhlükəsizlik sisteminin bir neçə elementi var. Onun ən güclü elementi avroatlantik elementdir. Hansı ki, bu NATO-da ifadə olunur. Amma bundan əlavə regionda yeni bir sıra təhlükəsizlik qurumları yaradılıb. Buraya ABŞ-ın Sakit Okeanı hövzəsində yaratdığı çoxtərəfli təhlükəsizlik sazişləri, o cümlədən iki tərəfli ABŞ-la Cənubi Koreya, Yaponiya arasındakı sazişləri də əlavə etmək olar.

Düşünürəm ki, indiki şəraitdə ABŞ NATO-nu qloballaşdırmaya çalışacaq. Əgər bu alınmayacaqsa, onda regional təhlükəsizlik sistemləri gücləndiriləcək. Bu isə ABŞ-ın birqütblü dünya sisteminin sarsılması demək olar. Avropanın təhlükəzizlik məsələlərində qlobal rəqabət imkanları yoxdur. Yəni burada söhbət əsasən Almaniya ilə Fransadan gedir. Son vaxtlar Böyük Britaniya Avropa Birliyinin tərk edəndən sonra onlar İtaliyanı da özlərinə qoşub güclərini artırmaq istəyirlər. Lakin bunun nə qədər effektli olması böyük sual altındadır. Çünki ABŞ olmadan Avropanın təminatlı təhlükəsizliyi çox çətin təsəvvür edilir.

Düzdür Fransa dəfələrlə Avropa Birliyinin ordusunun yaradılması ilə bağlı təkliflərlə çıxış edib. Amma NATO-nun varlığı bunu istisna edir və bu məsələdə Paris sadəcə özünün geosiyaso maraqları çərçivəsindən çıxış edir. Çünki Avropada ABŞ-ın və Britaniyanın olmadığı təhlükəsizlik sistemi Fransanı avtomatik lider halına gətirir. Lakin bu təhlükəsizlik sistemi digər regional güclərin formalaşdırdığı təhlükəsizlik sistemlərinə qarşı nə qədər effektli olacaq? Bu da cavabı olmayan sualdır. Ona görə də, indiki şəraitdə NATO-nun qloballaşması ən doğru yol olaraq görünür və hesab edirəm ki, kollektiv Qərbə aid olan heç bir ölkə buna qarşı çıxmayacaq.

Təbii ki, belə tendensiyalar olub və olacaq. Xatırladım ki, bu tendensiyalar yeni deyil. 2004-cü ildən Fransa və Böyük Britaniya arasında Avropanın təhlükəsizlik komponenti barədə müzakirələr gedir. Yəni bu müzakirələr 20 ilə yaxın bir vaxtdır aparılır. Bu da davamlı gedəcək. Amma bir daha təkrar edirəm, necə ki, ümumi Rusiya təhlükəsi var və bu təhlükə aktual, kəskin şəkildə bütün kollektiv Qərbi təhdid edir, Fransa və Almaniyanı narahat edən məsələlər arxa planda saxlanılacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar