Şənbə, 24 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa səfirinin eşq macərası – Dejan DTK-nın toruna necə düşüb?

1950-ci illərdə SSRİ DTK-nın keçirdiyi “Qalant” əməliyyatı sovet xüsusi xidmət orqanları tarixində ən maraqlı və uğurlu əməliyyatlardan biri sayılıb. Bu əməliyyat bir neçə il davam edib, məqsəd Fransanın SSRİ-dəki səfiri Moris Dejanı əməkdaşlığa cəlb etmək olub. Qeyd edək Dejan 1955-1964-cü illərdə bu vəzifədə işləyib. Kreml Fransanın SSRİ-yə münasibətinin görünməyən tərəflərini müəyyənləşdirmək üçün belə bir əməliyyatın keçirilməsini zəruri sayıb.

“Qalant” əməliyyatına 200-ə yaxın DTK-nın əməkdaşı və agenti cəlb edilib. Əvvəlcə fransalı səfirin maraq dairəsi, hobbiləri, Moskvadakı əlaqələri, getdiyi yerlər, məişəti, xarakteri öyrənilib. Artıq bu araşdırmaların altıncı ayında Dejan xüsusi xidmət orqanlarının əməkdaşları arasında “babnik” aldalandırılıb. Məlum olub ki, səfir qadınlara qarşı hədsiz dərəcədə həssasdır.

Səfirin “zəif damarı”nı bilən xüsusi xidmət orqanları əməkdaşları aktrisa Larisa Kronberqi əməliyyata cəlb ediblər. 27 yaşlı Larisa Kronberq həmin dövrdə tanınmış aktrisalardan biri olub və hədsiz gözəlliyi ilə fərqlənib. Əməliyyatın uğurlu alınması üçün Mərkəzi Komitənin elm, təhsil və mədəniyyət şöbəsi də əməliyyatçılara yaxından kömək edib. Belə ki, Moskvada keçirilən mədəniyyət tədbirlərinə fransalı səfir daha tez-tez dəvət olunub və belə tədbirlərin birində Dejanla Larisanın tanışlığı üçün şərait yaradılıb. Larisa səfirə özünü ailəli qadın kimi təqdim edib və bildirib ki, həyat yoldaşı geoloqdur, tez-tez uzun müddətli ezamiyyətlərdə olur. Əslində isə Larisa həyat yoldaşından rəsmi boşanmış olub. Beləliklə, zaman-zaman Dejanla Larisanın tədbir görüşləri şəxsi görüşlərlə əvəzlənib.

Nəhayət, 1958-ci ilin yay günlərinin birində fransalı səfir rus aktrisaya tam güvənərək onun mənzilinə qonaq getmək təklifini Larisadan qəbul edib. Əvvəlcədən Larisanın mənzilinə bütün lazımi cihazlar yerləşdirilib.

Görüşün süfrə arxasında keçən ilk saatları o qədər romantik olub ki, Dejan özünü lap cənnətdəki kimi hiss edib. Daha sonra onlar yatağa keçiblər, həzz dəqiqələri başlananda mənzilin qapısı açılıb. Larisa özünü təşvişə düşmüş kimi apararaq Dejana bildirib ki, gələn həyat yoldaşıdır, yəqin ezamiyyətdən yarımçıq qayıdıb.

Mənzilə iki nəfər gəlib, hər ikisi də DTK-nın zabiti olub. Guya onlardan biri, geoloqlara məxsus uniformada olan kişi Larisanın həyat yoldaşıdır, digəri isə onun dostudur. Dejanı yataqdan lüt vəziyyətdə çıxardıblar. “İki dost” səfiri əməlli-başlı döyüblər. Amma əvvəlcədən aldıqları təlimata görə üz nahiyəsinə zərbələr yetirməyiblər. Bu arada Larisaya da bir-iki sillə dəyib. Bu da əvvəlcədən razılaşdırılıb ki, aktrisanı möhkəm döyməsinlər. Bu gərgin vəziyyətdə Larisa səhnədə olduğu kimi əsl aktrisalıq məharətini göstərib. O, “həyat yoldaşı”nın ayaqlarına yıxılaraq yalvarmağa başlayıb, yatdığı kişinin Fransa səfir olduğunu xüsusilə vurğulayıb. Bunu eşidən “ər” səfirin anlayacağı tərzdə deyib ki, onu milisə təhvil verəcək. Dejan paltarlarını götürərək mənzildən qaçmağa nail olub. Belə şərait ona qəsdən yaradılıb.

Dejan birbaşa səfirliyə gedib. Düşdüyü problemdən necə çıxması haqqında düşünüb. O, yaxşı anlayıb ki, məsələ rəsmiləşsə böyük siyasi qalmaqal yaranacaq və onun karyerasına birdəfəlik son qoyulacaq.

Dejan moskvalı dostlarını nəzərdən keçirib, kimin ona kömək edə biləciyini fikirləşib. Rus tanışları səfirə köməklərini əsirgəməyiblər. Səhəri gün axşam onlar Dejanı dövlət təhlükəsizliyi general-leytenantı Oleq Qribanovla tanış ediblər. Qribanov səfirə Nikita Xruşşovun müşaviri kimi təqdim edilib.

Qribanov Dejanı sakitləşdirərək problemi yoluna qoyacağını vəd edib. Bir gündən sonra Larisanın “ərinin” milisə verdiyi “şikayət ərizəsi” geri götürülüb. Amma bütün bunlara görə Dejanın qarşısına konkret şərtlər də qoyulub. SSRİ DTK-sına işləmək şərti. Elə həmin gündən 1964-cü ilə qədər fransalı səfir sovet xüsusi xidmət orqanlarına işləyib.

Dejanın sovet xüsusi xidmət orqanlarına işləməsinin üstü DTK-nın yüksək rütbəli zabiti və “Qalant” əməliyyatının əsas iştirakçılarından biri olan Krotkovun 1963-cü ildə Britaniyaya qaçmasından sonra açılıb. Krotkov Britaniya kəşfiyyatına Dejanın bütün fəaliyyəti haqqında məlumat verib. Məsələnin üstü açılanda, 1964-cü ilin fevralında Dejan vəzifəsindən azad olunaraq geri çağırılıb. Krotkovun verdiyi məlumatların dəqiq olduğu aydın olsa da, Fransa məhkəməsi onu ittiham etmək üçün ortaya heç bir rəsmi sübut qoya bilməyib. Bəlkə də, bu işin üstündən sakitliklə keçmək istəyib. Belə ki, Dejanla Fransa prezidenti Şarl de Qollun hələ Müqavimət hərəkatı zamanından aralarında olduqca sıx dostluq münasibətləri olub. Elə bu səbəbdən də Dejan cəzalardan xilas olub.

Aktrisa Larisa Kronberq isə ssenarisi DTK tərəfindən yazılan məşuqə obrazını məharətlə yaratdığına görə Moskvada yeni mənzillə mükafatlandırılıb.

Bu qalmaqallı hadisədən sonra Dejan bir daha rəsmi vəzifəyə təyin olunmayıb. Kommunist sevdalı sabiq səfir “Fransa-SSRİ” Assosiasiyasının rəhbərlərindən biri olub, Fransanın Bezanson şəhərindəki sovet istehsalı olan “Slava” saatı zavodunun baş direktoru vəzifəsində işləyib.

Şarl de Qollun Dejana verdiyi bir sual isə fransızlar arasında lətifəyə çevrilib:

“Hə, Moris, Loradan (Larisa nəzərdə tutulub) istədiyin qədər zövq ala bildinmi?”

Sabiq “sevgililər”, Moris Dejan 1982-ci ildə 82 yaşında, Larisa Kronberq isə 2017-ci ildə 87 yaşında vəfat edib. (İlham Cəmiloğlu, Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Bandotdel Milli Parkın direktorunu saxladı – “Ecofront” məlumat yaydı

Kreml Qarabağa yeni general qubernator təyin etməyə hazırlaşır

Rusiyada səfərbərliyə niyə ən çox milli azlıqların nümayəndələri çağırılır?

A.Yeniseydən təhsil nazirinə: Azərbaycan dilini bu cür öyrənməkdənsə, uşaqlarımız lal olsalar daha yaxşıdır - Foto

İş adamı: Hökumət imkan versə, bir kisəsi 35 manata əla növ unu Azərbaycana gətirmək olar

Ermənilər Fransada mədəniyyət mərkəzinə hücum ediblər

Çində hərbi çevriliş olub və Si Tsinpini deviriblər?..

Paşinyan özünü ifşa etdi - sülh istəyən lider belə danışmaz

“Meyvəli”nin direktoruna məxsus şirkət ləğv olunur – Rəsmi

Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin seçilməsi üçün səsvermə keçirilib - Yenilənib

Ən çox oxunanalar