Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fövqəladə Hallar Nazirliyi 9 ay ərzində gördüyü işin statistikasını açıqladı

2021-ci ilin 9 ayı ərzində respublika ərazisində ümumilikdə 13231 təbii və texnogen mənşəli hadisə baş verib. Hadisələr zamanı FHN-in qüvvələrinin effektiv fəaliyyəti sayəsində bilavasitə 36 nəfərin həyatı xilas edilib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 17 nəfər və ya 89 faiz çox deməkdir.

Həmçinin, hesabat dövründə baş vermiş hadisələrlə bağlı FHN-in qüvvələri tərəfindən 496 nəfər təxliyə edilib ki, bu da ötən illə müqayisədə 113 nəfər və ya 30 faiz çoxdur. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, bu ilin 9 ayı ərzində baş vermiş təbii və texnogen mənşəli hadisələr zamanı ümumilikdə 36 nəfər, yəni ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz daha az insan həyatını itirib. Həmçinin, 159 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Hesabat dövrünün təhlili onu göstərir ki, baş verən hadisələrin böyük əksəriyyəti insan faktorunun rol oynadığı texnogen mənşəli hadisələrin, xüsusilə yanğınların payına düşür. Ona görə də Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə diqqətli olmağı, böyük faciələrə yol aça biləcək hadisələrin qarşısını vaxtında almaq üçün məsuliyyətli davranaraq təhlükəsizlik qaydalarına ciddi riayət etməyi tövsiyyə edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar