Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Firon” restoranında dəbdəbəli toy: müdafiə nazirinin ailə həyatını ilk dəqiqələrdən cəhənnəmə çevirdilər

Ermənistanın müdafiə naziri Suren Papikyanın ötən həftə öz keçmiş katibəsi ilə evlənməsi parlamentin bu günkü iclasında müxalifətçilərin tənqidinə səbəb olub. Daha doğrusu, onun ailə həyatı qurması faktı deyil, öz toyunu dəbdəbəli keçirməsi və pandemiya şərtlərində yüzlərlə qonaq çağırması müxalifətçi deputat Arqenaz Manukyan tərəfindən sorğu-sual edilib.

Manukyan bildirib ki, bu toydan “korrupsiya iyi” gəlir. Deputat zalda Papikyanın daha əvvəl ərazi idarəetmə və infrastruktur naziri olarkən yazılmış səs yazısını qoşub. Orada Papikyan dəbdəbəli toylardan qaçmağa və koronavirusun yayılmasının qarşısını almağa yönəlmiş tədbirlərə mane olmamağa çağırır. Manukyanın sözlərinə görə, nazir indi özü hətta əvvəlki oliqarxik rejimin nümayəndələrinin özlərinə rəva görmədiyi şəkildə dəbdəbəli toy keçirib.

Deputat toyda nə qədər adamın iştirak etməsi, onların hamısının vaksin olunub-olunmadığı ilə maraqlanıb. Çünki yanvarın 22-dən, yəni toy günündən etibarən Ermənistanda covıd-pasportu olmayanların toylara buraxılmaması haqda məhdudiyyət tətbiq edilib.

“Bu toydan korrupsiya riskləri iyi gəlir, hansı ki, Qərbdən maliyyə alan fəallar da, ombudman vəzifəsinə namizəd də bu haqda susurlar”,-Manukyan bildirib.

Hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Lusine Badalyan isə parlamentdə həmkarı Manukyanın çıxışına cavab olaraq müdafiə nazirini müdafiə etməyə çalışıb. O deyib ki, müdafiə nazirinin ailə həyatını elə ilk dəqiqələrdən əvvəlcə sosial şəbəkələrdə, indi isə parlament zalında cəhənnəmə çevirməyə çalışırlar.

“Sizə möhkəm ailə və xoşbəxtlik arzu edirəm, cənab Papikyan, muhasibatlığı isə müxalifətin öhdəsinə buraxıram. Onlarda bu yaxşı alınır”,-Badalyan üzünü Papikyana tutaraq deyib.

Suren Papikyanla onun keçmiş katibəsi Armine Muradyanın toyu yanvarın 22-də Yerevanda oliqarx və “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyana məxsus olan “Faraon” (“firon”) restoran kompleksində olub. Toyada yüzlərlə adam, o cümlədən baş nazir Nikol Paşinyan iştirak edib. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar