Cümə axşamı, 17 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

FHN yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbirlər keçirib - Foto

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti üzərinə düşən vəzifələri çərçivəsində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir.

FHN-dən PİA.az-a verilən məlumata görə, xidmətin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Goranboy şəhər 1 nömrəli və Tərtər rayonu, Xoruzlu kənd tam orta məktəblərinin tikintisində çalışan işçi heyət üçün maarifləndirmə tədbirləri keçiriblər.

Tədbirlərdə tikinti-quraşdırma işləri aparılan zaman yanğın təhlükəsizliyi qaydaları, xüsusilə qaynaq və metalkəsmə işləri görülən zaman zəruri yanğın təhlükəsizliyi tədbirləri barədə geniş məlumat verilib, suallar cavablandırılıb. Həmçinin, işçi heyətə ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulları əyani nümayiş etdirilib, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının daim diqqətdə saxlanılmasının vacibliyi məsul şəxslərin nəzərinə çatdırılıb.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

DSX: Laçında iki hərbi qulluqçumuz vəfat edib - Yenilənib, Foto, Video

Bayden Putinə günəş eynəyi, Putin isə ona "xoxloma" hədiyyə edib

Van Damm azərbaycanlı gəlini ilə belə rəqs etdi - Video

Əliyevlərdən Ərdoğanlara hədiyyə - Fotolar, Video

Vandamın oğlu azərbaycanlı qızlaevləndi - Foto

Bakıda çimərlikdə kütləvi dava zamanı 2 nəfər bıçaqlanıb

Həbs edilən gömrükçünün general Kənan Məmmədovla yazışması çıxarılıb – İstintaq…

AVRO-2020: Türkiyə Bakıdakı ilk oyunda məğlub oldu - Yenilənib

Azərbaycanı narahat edən məsələlər Rusiya Şurasında gündəmə gətirildi

Ən çox oxunanalar