Şənbə, 01 Oktyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN Şabranda baş verən qəza ilə bağlı məlumat yayıb - Yenilənib

FHN məlumat yaydı...

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Şabran rayonunun Şahnəzərli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Nazirlikdən PİA.az-a verilən xəbərə görə, FHN-nin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Shacman” markalı yük avtomobili ilə “Nissan” markalı minik avtomobili toqquşub, minik avtomobilində 1 nəfər sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

***

Şabranda “Shacman”la avtomobil toqquşub.

APA xəbər verir ki, hadisə Şahnəzərli kəndi ərazisində qeydə alınıb.

Quba rayon sakini R.Allahverdiyevin idarə etdiyi “Shacman” və Lerik rayon sakini Q.Musayevin idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub. Nəticədə “Nissan” markalı avtomobildə olan sərnişin, Pirəmsən kənd sakini Rəşid Məmmədov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Paşinyan NATO hərbçilərini Azərbaycanla sərhədə gətirir - Təhlükəli oyun

Hücum helikopterləri Zahedan üzərində uçaraq Bəluç nümayişçilərinə atəş açdı - Video, Yenilənib

“Dövlətdən oğurlayıb, küçə insanlarına ev alırlar” - Partiya sədri 

Zaqatalada tarixi şəxsiyyətlərin adı ilə bağlı biabırçılıq- Fotofakt

"Özünüzü artistliyə vurmayın, yığışdırın yalançı sevgilərinizi"

Sentyabr şəhidinin ürək dağlayan həyat hekayəsi 

İranlı din xadiminin qızının toy görüntüləri gündəm oldu - Video

Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq

Alla Puqaçovanın Rusiyaya qayıtmasının səbəbi məlum oldu

Ən çox oxunanalar