Bazar ertəsi, 02 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

FHN: Ötən gün 76 yanğına çağırış olub - 12 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

PİA.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 76 yanğına çıxış və 10 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 2-si azyaşlı olmaqla 12 nəfər, o cümlədən Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub, 1 nəfərin isə meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən süni göldə batan 2006-cı il təvəllüdlü Novruzov Elşən İmdad oğlunun meyiti və Vəlvələçay-Taxtakörpü kanalında aşkarlanan naməlum kişi meyiti dalğıc-axtarış qrupu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib, Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsindən keçən hissəsində 2 nəfərin batması ilə əlaqədar dalğıc-axtarış qrupu axtarış işlərini davam etdirir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Kremlin təlxəyi Jirinovskinin son açıqlaması - Moskva Azərbaycana hansı mesajı yollayır?..

İntizam komissiyası polisi döyən deputatla bağlı qərar verdi

Bakıda təhlükəli vəziyyət: Bu binalar hər an uça bilər - Video

Vaqif Axundovun həbs olunan bacısı oğlu azadlığa çıxdı

Bakıda saxta vaksin sənədi verən şəxslər saxlanıldı - Video

Bakıda görünməyən gecə həyatı: Ərəb turistlər, klub qadınları, qəlyan - Video

Tağı Əhmədov ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

“Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? – Detallar

Zülfüqarovdan Jirinovskiyə reaksiya: "Klounu iqnor etmk lazımdır"

Ermənistana yeni müdafiə naziri təyin edildi - Yenilənib

Qarabağ qazisi icra başçısı tərəfindən təhdid edilir - Foto

Ən çox oxunanalar