Bazar ertəsi, 18 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

FHN-in regional mərkəzlərində 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbirlər keçirilib

27 sentyabr - Anım Günü ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Şimal və Cənub Regional mərkəzlərində tədbirlər keçirilib.

PİA.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Dövlət himninin səsləndirilməsi ilə başlanan anım tədbirlərində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edilib ki, 44 günlük müharibə Azərbaycan xalqı ilə Prezident, Müzəffər Ali Baş Komandan birliyinin bariz nümunəsi idi. Məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti, parlaq zəkası və dəmir iradəsi sayəsində rəşadətli Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Qəhrəman Ordumuzun misilsiz şücaəti, işğal altında olan Vətən torpaqları uğrunda apardığı ölüm-dirim mübarizəsi sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq-ədalət öz yerini tapdı. Silahlı Qüvvələrimizin sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində təcavüzkar Ermənistan ordusu darmadağın edildi, düşmən kapitulasiya sənədi imzalamaq məcburiyyətində qaldı.

Çıxış edənlər dədə-baba torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda canlarını fəda etmiş qəhrəman əsgər və zabitlərimizin xatirəsini ehtiramla anıb, onların hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağını vurğulayıblar.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Azərbaycanda yeni partiya yaradıldı, Qubad İbadoğlu sədr seçildi

Prezident: 18 oktyabr gününü böyük təmtəraqla qeyd etmək, kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir

Rusiya təyyarələri xəbərdarlıq vərəqləri səpib: T-90 tankları bölgəyə göndərilir...

Prezident və Birinci xanım Füzulidə belə qarşılandı - Video

Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar

Elxan Məmmədov - Azərbaycan futbolunun orqanizmindəki xərçəng şişi...

Qarabaşaq sıyığın düzgün bişirilməsi qaydaları

Ən çox oxunanalar